Gürcüstan Prezidenti Georgi Marqvelaşvili keçirdiyi
brfinqdə Birləşmiş Millətlər Təkilatının iclasına qatılmaq üçün
ABŞ-a səfərinin son anda təxirə salınmasına aydınlıq
gətirib.
Axar.az-ın Szona.org saytına istinadən verdiyi xəbərə görə, o,
səfərinin təxirə salınmasını prezident institutuna zərbə sayıb.
Qeyd edək ki, BMT-nin iclasında prezidentin, yaxud Baş nazir
İrakli Qaribaşvilinin qatılacağı məsələsi son günlər Gürcüstan
siyasi mühitinin və media xəbərlərinin əsasını təşkil etməkdəydi.
Səfərlə bağlı məsələ o qədər mürəkkəbləşdi ki, hətta BMT-yə iki
nümayəndə heyətinin göndərilməsi gündəmə gəldi. Siyasi analitiklər
kiçik bir ölkədən eyni vaxtda prezident və baş nazirin
komandalarının mümkün səfərlərini gülüşlə qarşıladılar. Vəziyyətin
gərginləşdiyini görən sabiq baş nazir Bidzina İvanişvili hazırkı
prezident Georgi Marqvelaşvilini sərt tənqid edərək, onu hökumətin
işinə mane olmaqda və bu qurumu özünə rəqib görməkdə qınadı.
Beləliklə, bu cür ictimai qınaqlardan sonra Prezident
Marqvelaşvili brifinq keçirmək məcburiyyətində qalıb və
jurnalistlərlə görüşündə bildirib ki, əslində o, ona məxsus
səlahiyyətlər çərçivəsində davranıb. Hər hansı digər məqsədi
olmayıb. Marqvelaşvili qeyd edib ki, Xarici İşlər naziri ilə
görüşüb və BMT-yə səfərinin detallarını öyrənib. Lakin səfərinin
təxirə salınmasını dünən səhər saatlarında bilib. O, səfərin kimlər
tərəfindən təxirə salındığını araşdıracağına söz verib və diqqətə
çatdırıb ki, bu addım Gürcüstanda prezident instituna vurulan ən
böyük zərbədir.
Marqvelaşvili xatırladıb ki, bir dövlət başçısı kimi ölkədə
bütün dövlət qurumların paralel inkişafında maraqlıdır.
Xatırladaq ki, dünən Bakıya səfərə gələn Gürcüstan Baş naziri
İraklı Qaribaşvili Şəhidlər Xiyabanında gürcü jurnalistlərinə
açıqlamasında onun rəqibinin Prezident Marqvelaşvili deyil,
yoxsulluqla mübarizə və iqtisadiyyatın dirçəldiləməsi olduğunu
bildirib.