
Ürək çatışmazlığı olanlara bu ədviyyat vacibdir
02:00
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Finlandiyanın Hərbi Hava Qüvvələri sentyabrın 22-dən 26-dək “Protective Fence 25” (“Müdafiə sərhədi 25”) adlı genişmiqyaslı təlimlər keçirəcək. Təlimlərdə təxminən 1200 hərbçi və 50-ə yaxın təyyarə iştirak edəcək.
Axar.az xəbər verir ki, bu, payız mövsümündə Finlandiyada ən böyük uçuş təlimi olacaq. Manevrlərə fin hərbçiləri ilə yanaşı, İsveç və Danimarkanın hərbi hava qüvvələrinin şəxsi heyəti də qatılacaq.
Təlimlər yalnız Finlandiyanın əsas aviabazalarını deyil, həm də Oulu, Vaasa, Kokkola-Pietarsaari hava limanlarını, eləcə də İsveçin Luleo şəhərində yerləşən Kallax aviabazasını əhatə edəcək.
Təlimlərin məqsədi müdafiə qabiliyyətini möhkəmləndirmək və genişmiqyaslı hava əməliyyatlarını müxtəlif məntəqələrdən icra etməkdir.
Tarix
2025.09.13 / 00:36
|
Müəllif
Axar.az
|