Yuxarı

Qərb Bakıya böyük şans tanımağa hazırlaşır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərb Bakıya böyük şans tanımağa hazırlaşır

"Rusiya son zamanlar Gürcüstandan sonra Azərbaycana qarşı da müəyyən soyuq münasibət sərgiləyir".

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Bakıya səfərini şərh edərkən deyib. O, Qərbin Cənubi Qafqaz ölkələrinə Rusiyaya qarşı mübarizə aparması üçün yardımlar etməyə çalışacağını bildirib:

"Uels sammitindən sonra postsovet məkanı uğrunda mübarizə başlayıb. Bu mübarizə əvvəlkilərə bənzəmir. Əsas amil isə Rusiyanın imperiya maraqlarının məhv edilməsi, onun küncə sıxılması, SSRİ-dən qopub ayrılmış dövlətlərin suveren inkşafı üçün normal ictimai-siyasi şəraitin yaradılmasından ibarətdir. Burada ilk məsələ Moskvanın törədəcəyi təxribatların qarşısını almaq və Cənubi Qafqaz dövlətlərinin bu təxribatlara qarşı ayıq-sayıq olmasını təmin etməkdir. Əlbəttə, istisna etmirəm ki, Qərb Cənubi Qafqaz respublikalarının Rusiyaya qarşı olan fikirləri üzərində özünün strateji maraqlarını da güdə bilər. Amma bu faktdır ki, Rusiya son zamanlar Gürcüstandan sonra Azərbaycana qarşı da müəyyən soyuq münasibət sərgiləyir. Bakıya müəyyən təzyiqlər edilməsi cəhdləri sezilir. Uels sammiti zamanı Əliyevin Kerrinin vasitəsiylə görüşü, üstəlik də üzümüzə gələn aylarda Ollandın vasitəçiliyi ilə baş tutacaq görüş Moskvanı qəzəbləndirib. Buna görə də Qərb çalışır ki, Cənubi Qafqaz ölkələrinin Rusiyaya qarşı dayanmasını təmin etməkdən ötrü onlara müəyyən yardımlar göstərsin. Bu yardımlar isə əvvəlki illərdə olduğu kimi, sözdə olmayacaq. Ciddi köməklik nəticəsində Azərbaycan daha müstəqil siyasət yürütmək imkanı qazanacaq. Ən diqqət çəkən məqam isə ondan ibarətdir ki, Qərb ölkələri Azərbaycan üçün önəm kəsb edən Qarabağ probleminin həllində israrlı olacaqlar və Ermənistana təzyiqlər artacaq. Baş verən hadisələr perpektiv barədə nikbin düşünməyə əsas verir. Rusiya da boş dayanmır. Məncə Qaribaşvili ilə İlham Əliyevin görüşündə Gürcüstan-Azərbaycan-Türkiyə hərbi siyasi əməkdaşlığının gücləndirilməsi məsələləri geniş müzakirə edilib və praktiki tövsiyyələr hazırlanıb".

Tarix
2014.09.13 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Rusiyanın Azərbaycan vasitəsilə İrana yardımı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla