Yuxarı

Bu anlaşmanın əhəmiyyəti müqayisəedilməzdir - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması tarixi əhəmiyyətə malikdir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Sevinc Fətəliyeva deyib. Millət vəkili vurğulayıb ki, Konvensiyanın imzalanması Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, eyni zamanda, təhlükəsizlik, sabitliyin qorunmasına müsbət mənada öz təsirini göstərərək, iqtisadi sahədə də geniş imkanlar yaradacaq və inkişafa öz töhfəsini verəcək:

“Konvensiya Xəzəryanı ölkələrin əməkdaşlığını yeni müstəviyə çıxararaq, dövlətlərə və xalqlara fayda gətirəcək. Əldə olunmuş razılıq Transxəzər borularının tikilməsi üçün lazımı şərait yaradır ki, bu da Azərbaycanın nəqliyyat imkanlarını xeyli genişləndirir, ölkənin tranzit potensialını artırır, geosiyasi çəkisinin yüksəlməsi üçün əlverişli mühit yaradır”.

Millət vəkili bildirib ki, Xəzərin hüquqi statusunu müəyyən edən yekun Konvensiyanın tarixi əhəmiyyətinin ən əsas göstəricisi isə regionda və bütövlükdə qlobal aləmdə sülhə və təhlükəsizliyə xidmət göstərməsidir:

“Məhz bu mənada Xəzərin bundan sonra da regionda sabitləşdirici rol oynaması üçün razılaşdırılmış Konvensiyanın əhəmiyyəti müqayisəedilməz dərəcədə böyükdür”.

Tarix
2018.08.18 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Almatı görüşü: İrəvan hələ də cavab verməyib - Bakayev

Mirzoyan açıqladı: Türkiyə və Azərbaycanla...

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi

Bayramov livanlı həmkarı ilə görüşdü

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

Rəsmi Bakıdan Fransaya xəbərdarlıq

İkitərəfli sülh danışıqları töhfə verir - Bayramov

4 kəndi qaytarması İrəvanın özü üçün şansdır - Türkiyə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla