Yuxarı

AST Telmandan teleaparıcıya zərbə – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AST Telmandan teleaparıcıya zərbə – Özəl

AST şirkətlər qrupunun prezidenti, yəhudi əsilli azərbaycanlı iş adamı Telman İsmayılov həbsdə olan tanınmış teleaparıcı-falçıya qahmar çıxmayıb.

Axar.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, AST Telman dələduzuq ittihamı ilə həbs edilən "Speys" ("Space") kanalının aparıcısı, psixoloq-falçı İlham Mirzəyevin müdafiəsinin qurulmasında iştirak etməyib. Teleaparıcının arxasından çəkilən iş adamı hətta adının onunla bir yerdə hallanmasını belə istəmir.

İ.Mirzəyev ATS Telmanın Türkiyədə olan məşhur "Mardan Palas" ("Mardan Palace") hotelində dincəlib, iş adamından hədiyyələr alıb. Psixoloq həbs edildikdən sonra ümid edib ki, AST Telman ona sahib çıxacaq və həm hüquqi, həm mənəvi baxımdan dəstək verəcək. Amma rəsmi dövlət nəşri olan "Xalq qəzeti"ndə Mirzəyevin həbsinin ertəsi günü, onun AST Telman və Azərbaycanın baş nazirinin sabiq müavini Abbas Abbasovla əlaqələri barəsində dərc edilən məqalə hər şeyə son qoyub. Rusiyada yaşayan hər iki şəxs onlar üçün sıradan bir dələduzluq hadisəsinə görə tutulan adamın işində adlarının çəkilməsinə görə narahat olublar. Xüsusilə də AST Telman İ.Mirzəyevdən yaxasını kənara çəkib.

Xatırladaq ki, sentyabrın 30-da, saat 11:00-da Nərimanov Rayon Məhkəməsində İ.Mirzəyevin işi üzrə məhkəmə davam etdiriləcək. İ.Mirzəyevin hüquqlarını vəkillər Xanlar Bayramzadə və İkram Abdullayev müdafiə edir.

Tarix
2014.09.27 / 22:01
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla