Yuxarı

Zakir Qaralov işdən qovduğu prokurordan danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Qaralov işdən qovduğu prokurordan danışdı

"İstər prokuror, istər müstəntiq olsun, əgər konkret cinayət işlərinin istintaqı və yaxud ərizə, şikayətlərin baxılması zamanı qanunun tələbləri pozulursa, sözsüz ki, onlar məsuliyyətə cəlb olunurlar".

Trend xəbər verir ki, bunu Baş prokuror Zakir Qaralov Nərimanov rayon prokuroru, onun müavini və köməkçisinin işdən azad edilməsi və cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən jurnalistlərə deyib.

Z.Qaralov bildirib: "Bu gün cinayət məsuliyyətinə cəlb olunan şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Həsən Əliyevdir. Digər işçilər haqqında cinayət işini ayırmışıq. Bu gün həmin istiqamətdə istintaq göstərəcək ki, kimsə məsuliyyətə cəlb olunmalıdır, yoxsa yox".

Qeyd edək ki, Bakı şəhər sakini Ramazan Səlimovun Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Həsən Əliyev tərəfindən aldadılaraq külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsinə dair müraciəti üzrə prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə, həmçinin digər cinayət işləri və materiallar üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi yarıtmaz həyata keçirdiklərinə, habelə xidməti intizamı kobud şəkildə pozduqlarına görə Baş Prokurorluq üzrə müvafiq əmrlə Nərimanov rayon prokuroru Fikrət Mahmudov və prokuror müavini Cavid Quliyev tutduqları vəzifədən azad edilib, rayon prokurorunun köməkçisi Samir Məmmədov isə prokurorluq orqanlarından xaric edilib.

Tarix
2014.10.01 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Pakistanın federal ombudsmanı ilə görüşdü

İlham Əliyev “o məmurlar” deyəndə kimlərə işarə etdi?

Naxçıvanın “bağışlanan” ərazisi qayıda bilər? - “Qeyri-adi” proses...

Simonyandan Qarabağ açıqlaması: İki nəfər bərk qorxur

Prezident: Xəzər dənizi tarixi əməkdaşlığın rəmzidir

Zəngəzur dəhlizinin açılması... - Prezident

İlham Əliyev Özbəkistan mediasına müsahibə verdi

Ermənistandan Azərbaycana qarşı təcavüzkar müharibə...

Qəzadan sonra ərazidə yalnız bu ölkənin helikopteri olub...

Bütün hərbçilərin nəşi tapıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla