Yuxarı

“Bütün razılaşmalar qüvvədədir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bütün razılaşmalar qüvvədədir”

"Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilmiş IV sammiti Xəzər dənizinin hüquqi statusu ilə bağlı çox mühüm irəliləyişə malik olan bir forum oldu".

Bu sözləri Axar.az-a açıqlamasında Həştərxanda Xəzəryanı ölkələrin IV sammitində iştirak edən və Bakıya yenicə qayıtmış millət vəkili Fuad Muradov deyib. Millət vəkili bildirib ki, sammitin nəticəsi olaraq mühüm sənədlər qəbul olunub:

"Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentlərinin Xəzər dənizində gələcək fəaliyyəti tənzimləyən prinsiplərin öz əksini tapdığı bəyanatını xüsusi qeyd etmək olar. Eyni zamanda, sammiti ikitərəfli görüşlər və gələcəkdə Xəzərin statusu haqqında böyük razılaşma və konvensiyaların əldə olunması ilə bağlı müəyyən hazırlıq işlərinin yekunlaşması baxımından da mühüm addım olaraq qiymətləndirmək olar. Bundan əvvəlki razılşmalarda da nəzərdə tutulmuşdu ki, beş ölkə birgə Xəzərin statusu ilə bağlı razılığa gəlsinlər. Nəticə etibarilə Xəzəryanı ölkələrin mövqeyi ondan ibarət oldu ki, bu günədək hansı razılaşmalar əldə olunubsa, onlar da qüvvədə qalacaq. İndiyənədək əldə olunan razılaşmaların hamısı qüvvədədir".

F.Muradov onu da qeyd edib ki, sammit önəmli razılaşmaların əldə olunması baxımından da çox mühüm idi:

"Həm "Xəzər dənizinin su bioloji resurslarının qorunması və onlardan rasional istifadə olunması haqqında" saziş, həm də Xəzər dənizində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında saziş mühüm əhəmiyyət kəsb edir. Bu sənədə əsasən fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması, qarşılıqlı yardımların göstərilməsi ilə əlaqədar birgə əməkdaşlıq sistemi yaradılacaq. Eyni zamanda, Xəzər dənizində təhlükəsiz fəaliyyəti təmin etmək üçün bu sahədə əməkdaşlığın mexanizmlərinin yaradılması da nəzərdə tutulub".

Tarix
2014.10.03 / 08:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş

Ölkədə breketə görə əsgərlikdən möhlət verilir? - Rəsmi

4 gəncin öldüyü “Lake Hotel”dən yeni xəbər var

"Forbes" İranın gücündən yazdı: Siyahıda Azərbaycan da var

Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi

Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...

1 milyona ev, 440 minə cip - Rektorun milyonluq xərci

Göyçayda məzar daşı: Türkiyə səfirliyi hərəkətə keçdi - Foto

Ermənistan nümayəndələri Hikmət Hacıyevlə görüşdü - Foto

Ramiz Mehdiyevin səhhəti pisləşdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla