Yuxarı

Trofimçuk: “Azərbaycanın əsas problem budur” – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trofimçuk: “Azərbaycanın əsas problem budur” – Özəl

"Qarabağ ABŞ-ın bu konflikti razılaşdırılmasında iştirak edən Rusiya, Azərbaycan və Ermənistana təsir vasitəsidir".

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib. O, Qərbin Azərbaycanı provokasiyaya çəkməyə çalışdığını bildirib:

"Azərbaycanı burada ilk pilləyə qoyuram. Çünki ilk növbədə Azərbaycan Qərb tərəfindən hər hansı provokasiyaya çəkilə bilər. Bu isə Cənubi Qafqaz və Xəzərdə partlayışa səbəb olar. Bakının əsas problemi ondan ibarətdir ki, lap əvvəldən Vaşinqtonun Qarabağı özünün qanuni sahibinə qaytarmaq niyyətinin səmimiyyətinə inanır. Azərbaycan ABŞ-a səmimiyyətlə yanaşır ki, bu da region üçün böyük təhlükədir. Belə ki, Qərb hələ indiyə qədər SSRİ-dən müxtəlif variantlarla ayrılmış parçaları heç vaxt birləşdirməyib. Qərbin təfəkkürünə görə, Qarabağ üçün gələcəkdə ən inandırıcı həll amili Kosova variantıdır. Qarabağın gələcəyi ilə bağlı heç vaxt müzakirə edilməyən başqa variantlar da müzakirəyə çıxarıla bilər və mən bunlar barədə məlumat verməyə bilmərəm. Məsələn, bunlardan biri bölgənin azərbaycanlılar və ermənilərdən ibarət iki hissəyə parçalanmasıdır. Amma istənilən halda Bakı və İrəvan özləri məsələni təkbaşına müzakirə etməyənə qədər Qarabağ həll olunmayacaq. Donbasa nəzər yetirin. Moskva və Kiyev hətta bütün arzularına baxmayaraq, sülhə getməyəcəklər. Çünki Avropa və ABŞ artıq buna imkan verməyəcək".

Tarix
2014.10.08 / 15:13
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Hindistan Azərbaycana təşəkkür etdi

Türkiyədən alırdı, indi özü ərəb ölkələrinə satır...

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla