Yuxarı

Neftin ucuzlaşması Azərbaycana hansı təhlükələr vəd edir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neftin ucuzlaşması Azərbaycana hansı təhlükələr vəd edir?

"Qısa müddət ərzində neftin dünya bazarında qiymətinin aşağı düşməsi Azərbaycan dövlət büdcəsinə ciddi təsir göstərməyəcək".

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov dünya bazarında neftin qiymətinin düşməsinin Azərbaycana nə dərəcədə təsir göstərəcəyinə münasibət bildirərkən söyləyib.

O, Azərbaycan ixracatının 95%-nin neft sektorunun payına düşdüyünü bildirib:

"Neftin Dünya bazarında qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatına da təsir göstərəcək. Bizim ölkə üçün neftin dünya bazarında qiyməti əhəmiyyətlidir. Çünki Azərbaycan ixracatının 95%-i neft sektorunun payına düşür. Bu o deməkdir ki, Azərbaycanın ixrac etdiyi hər 100 dollardan 94 dolları neft məhsullarıdır. 2 gün öncə keçirilən müşavirədə də ölkə Prezidenti Azərbaycan ümumdaxili məhsulda qeyri-neft sektorunun payının artmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatında neft sektorunun payının yüksək olaraq qaldığını bildirib. Dövlət başçısı qeyri-neft sektorunun ixracatının stimullaşdırılması ilə bağlı göstərişlər də verib".

2014-cü ildə dövlət büdcəsinin formalaşmasında qeyri-neft sektorunun payının artacağını bildirən ekspert, gələn il dövlət büdcəsində neftin qiymətinə yenidən baxılacağının qaçılmaz olduğunu deyib:

"Dövlət büdcəsinin formalaşmasında qeyri-neft sektorunun payı ötən il 25%, neft sektoru isə 75% idi. 2014-cü ildə bu rəqəm 35-65 nisbətində dəyişəcək, qeyri-neft sektorunun payı artacaq.

Qısa müddət ərzində neftin dünya bazarında qiymətinin düşməsi Azərbaycan dövlət büdcəsinə ciddi təsir göstərməyəcək. Çünki bu ilin ilk səkkiz ayında Azərbaycan neftinin satış qiyməti hər barel üçün 110 dollar olub. Növbəti aylarda qiymət aşağı düşsə belə, dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac qalmayacaq. Çünki əvvəlki yüksək qiymət hesabına aşağı qiyməti balanslaşdırmaq mümkün olacaq. 2015-ci ilin dövlət büdcəsində isə neftin qiymətinə yenidən baxılması artıq qaçılmazdır. Bunu ölkə başçısı da dedi ki, büdcədə neftin qiyməti dünya bazarındakı real vəziyyətə uyğun olaraq müəyyənləşdirilməlidir. Bu isə o deməkdir ki, 2015-ci ildə neftin qiymətinin aşağı götürülməsi büdcənin gəlirlərinin azalmasına gətirib çıxaracaq. Dövlət büdcəsinin gəlirlərinin azaldılması isə heç də təhlükəli hədd kimi qiymətləndirilməməlidir".

Tarix
2014.10.10 / 21:32
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Əliyev bizi asılılıqdan qurtardı - Qalçyan

Milli Məclisin növbəti plenar iclası başladı

Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni Zəngəzur planı

Bu ölkə Azərbaycana səfir təyin etdi - İqamətgah Ankaradadır

Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı

Azərbaycan nümayəndə heyəti İrəvanda... - Fotolar

Suriyadan 6 azərbaycanlı ölkəyə gətirildi

Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var

Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada kimdir?

Hazırda Bakı ilə bu məsələnin üzərində işləyirik - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla