Yuxarı

Fazil Mustafa: “Hər kəsin dosyesi ciddi araşdırılmalıdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fazil Mustafa: “Hər kəsin dosyesi ciddi araşdırılmalıdır”

"Əvvəllər milli yığmamızda Azərbaycan soyadı görəndə sevnirdik".

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa öz Feysbuk hesabında çıxış edib.

Onun sözlərinə görə, milli yığmalarımızda üstünlük özümüzkülərə verilməlidir:

"Almaniyanın "Bayer Leverkuzen" klubunda oynayan, 19 yaşlı qızlardan ibarət futbol yığmamızın üzvü Melisa Sarıaltın əlində Kürdüstanın bayrağı və plakatları ilə Almaniyada mitinqə qatılıb. Bu kürd əsilli futbolçu sabah Türkiyə əleyhinə PKK-nın aksiyalarına da qatılsa, o zaman nə baş verəcək? Burada mənim kiminsə milli təəssübkeşliyinə qarışmaq niyyətim yoxdur. Ancaq Azərbaycan bayrağı ilə çıxış edən hər kəsin dosyesi ciddi araşdırılmalıdır. Ona görə də mən dəfələrlə bildirmişəm ki, bütün idman sahələrində başqa millətlərdən olan insanların milliləşdirilməsi yanlış addımdır. Bakıda yaşayan köklü rusların və başqa millətlərin təmsilçilərinin cəlb olunması normaldır və onların çoxu özlərini azərbaycanlı hesab edirlər. Dağıstandan idmançı gətirisinizsə, azərbaycanlı və ya kumık gətirib milliləşdirin! Şərait yaradın güləşdə, boksda, futbolda, voleybolda, motorlu idman növlərində, avarçəkmədə, üzgüçülükdə, qaçışda, basketbolda öz millətimizin təmsilçiləri öz bayrağımızın altında qürurla çıxış etsinlər. Milliləşdirmək istəyirsinizsə, buyurun, Orta Asiyadan, Anadoludan, Avropadan türk əsilli gəncləri tapıb milliləşdirin. Heç olmazsa, milli təəssübkeşliyi olan insanlar olsunlar ki, ən azı dövlətimizə problemlər yaratmasınlar".

Millət vəkili onu da bildirdi ki, çox zaman yarışlarda rəqabətdə də bu gəlmələrə üstünlük verilir və Azərbaycan övladlarının daha ciddi şəkildə peşəkar kimi formalaşması əngəllənir:

"Qoy bir medalımız az olsun, qoy bir-iki oyunu uduzaq, əvvəl-axır öz gücümüzə güvənərək bir mərtəbəyə yüksəlməliyik. Sovet dövründə "Ararat"ın heyəti yüzdə 99-u ermənilərdən, "Dinamo" Tbilisinin heyəti yüzdə yüz gürcülərdən ibarət idi, "Neftçi"də isə Azərbaycan soyadı görəndə sevinirdin. Bunları inanın ki, tənqid xatirinə söyləmirəm, düşünərək ənənəni dəyişməyimiz vacibdir".

Tarix
2014.10.12 / 19:22
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı açıqlama

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla