Yuxarı

Qubad İbadoğlu Müsavatdakı istefadan yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əhliman Abbasın Müsavata gəlməsində mənim rolum olsa da, onun partiyadan getməsini heç vaxt arzulamamışam".

Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı ekspert Qubad İbadoğlu öz Feysbuk səhifəsində çıxış edib. O, Əhliman Abbasın belə qərar verməsinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəyi ilə bağlı narahatlıqdan irəli gəldiyini bildirib:

"2011-ci ildə Əhliman bəy öz arzusu ilə Müsavat Partiyasını seçdi, onu mənim təqdimatımla Divanda qəbul elədik. Qəbulla bağlı təqdimatdan bəlli oldu ki, onu partiyaya gətirən müsavatçılıq ideologiyası və Azərbaycan amalıdır. O, Azərbaycan Dövlət İqtisad Universitetində xüsusi istedadlar qrupunda bakalavr, Böyük Britaniyanın Nyukasl Universitetində beynəlxalq iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Belə gəncləri müxalif mövqedə olan siyası partiyalarda barmaqla saymaq olar. O, xaricdə təhsil alıb vətənə qayıdanda digər seçimlərə malik olsa da, karyera və mənafe ardınca getmədi, başqalarından fərqli olaraq yenə də Müsavata gələrək, yoluna davam elədi. Debütü də pis olmadı, ilk dəfə qoşulduğu seçkilərdə gənclərin böyük əksəriyyətinin səsini qazandı və üzərinə böyük məsuliyyət götürdü. Düşünürəm ki, bəlkə də o bu məsuliyyəti üzərinə götürməsəydi, hazırda belə qərar verməzdi. Çünki onun məlum qərarı üzərindəki məsuliyyətdən, yalnız özünün yox, daha çox ətrafında olan gənclərin qarşısında götürdüyü öhdəlikləri indiki şərtlər daxilində yerinə yetirə bilməyəcəyi narahatçılığından irəli gəlir. Onlar yeni dönəmdə partiyanın idarəçiliyində təmsil olunmaq və potensiallarını daha yaxşı reallaşdırmaq əzmində idilər. Məhz ona görə də gənclərin son qurultaydan gözləntiləri çox idi".

Qubad İbadoğlu onun bundan sonra da mübarizəsini davam etdirəcəyinə inandığını deyib:

"Əhliman bəy müstəqil düşüncəli, analitik təfəkkürlü və siyasi təhlil qabliyyətinə malik, siyasətdə ideyalarını reallaşdırmaq istəyən və bu prosesə daimi yenilik gətirmək niyyətində olan potensiallı gənclərimizdəndir. Çox təəssüf ki, onu və onun kimi digər müasir dünyagörüşlü və azadfikirli gəncləri partiyada saxlaya bilmirik. Mən onun partiyadan getməsinə nəinki təəssülənirəm, həm də partiyanın gələcəyinə acıyıram. Onun Müsavatı seçməsi məni nə qədər sevindirmişdirsə, partiyadan getməsi də bir o qədər məyus etdi. Əslində bunu, xaricdə təhsil alıb vətənə qayıdaraq siyasətə baş vuran bir azərbaycanlı gəncin ugursuzluğu kimi deyil, ölkəmizin gələcəyinə verilə biləcək əhəmiyyətli töhfənin itkisi kimi qiymətləndirirəm. İnanıram ki, Əhlman Abbas bundan sonrakı fəaliyyətində də vətən sevgisi ilə başladığı mübarizəsini Azərbaycan demokratikləşənə qədər davam etdirəcək".

Tarix
2014.10.13 / 11:21
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla