Yuxarı

Şeyx İranın “Səhər”ini dəyişir – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyx İranın “Səhər”ini dəyişir – Şərh

Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə oktyabrın 13-də Azərbaycanda səfərdə olan İran Televziya və Radio Şirkətinin başçısı İzzətullah Zərqamini qəbul edib.

Axar.az xəbər verir ki, görüşdə İran-Azərbaycan münasibətlərində bəzən gərginliklər yaşansa da, son zamanlar iki dövlət arasında münasibətlərin sabit inkişaf etdiyi vurğulanıb. A.Paşazadə İ.Zərqaminin səfərilə bu münasibətlərin daha da yaxşılaşacağına ümidvar olduğunu söyləyib.

QMİ sədri İranın "Səhər" roqramını Azərbaycana qarşı mənfi mövqe sərgilədiyinə görə tənqid edib. Bu telekanalın yayımının Azərbaycanda güclü narazılıq yaratdığını deyib və adının dəyişdirilməsinin lazım gəldiyini vurğulayıb. İranla Azərbaycanın müştərək telekanal quracağı halda bu telekanalda dini biliklərin təbliğinə yer verilməsini istəyib.

Bəzi ekspertlərin qənaətinə görə, bu görüş İranın bəzi kanallarında Azərbaycan əleyhinə təbliğat aparılmasının qarşısını ala bilər. Hətta iki ölkə arasında ortaq dini-mədəni əlaqələrin təbliği üçün proqramların açılması mümkündür. Ehtimallar sırasında "Səhər" proqramının bağlanması və yaxud siyasi kursunun dəyişməsi haqda gözləntilər də yer alır.

Qeyd edək ki, "Səhər" proqramında Azərbaycanla bağlı bir çox hallarda düşmən münasibət sərgiləyən süjetlər hazırlanır.

Tarix
2014.10.14 / 08:45
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla