Yuxarı

İrəvanda çevriliş hazırlanır: Kreml hərbi liderlə görüşür

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda çevriliş hazırlanır: Kreml hərbi liderlə görüşür

"Ermənistan dövləti müstəqil deyil".

Bu sözləri Axar.az-a açıqlamasında analitik Zaur Rəsulzadə söyləyib.

O, Sərkisyanın hakimiyyətə Qarabağ şüarı altında gəldiyini bildirib:

"Onlar özlərinin bütün siyasi riçaqlarını Moskvaya veriblər və onlar nə desə, o da olacaq. Amma buna baxmayaraq, Qarabağ məsələsi çox incə məsələdir və Sərkisyan gözəl bilir ki, bu məsələdə bir az geri çəkilsə, o nəinki hakimiyyətini, hətta həyatını itirə bilər. O, Qarabağ şüarı altında hakimiyyətə gəlib və geri çəkilməyə də yolu yoxdur. Seyran Ohanyan isə terrorçudur. Azərbaycan xalqının qanını tökən cəlladdır və istəyir ki, gələn seçkilərdə Sərkisyanın yerini tutsun. Rus səfiriylə onun görüşü təsadüfi deyil. Çünki Paris görüşündən əvvəl Rusiya durumu bilmək istəyir. Ola bilsin ki, Ohanyan Sərkisyana qarşı hansısa oyuna başlayıb. İş ondadır ki, ruslar tez-tez Ukraynada faşistlərin hakimiyyətə gəldiyini deyirlər. Amma əsl faşistlər Sərkisyanla Ohanyandır. Paris görüşündən heç nə gözləmirəm. Rusiya bu konflikti konservləşdirib və bundan həm Azərbaycana, həm də Ermənistana qarşı istifadə edir. Qarabağ problemi bir çox faktordan asılıdır: Ukraynadakı hadisələrdən, Yaxın Şərq hadisələrindən və s. Qarabağ artıq geopolitik məsələyə çevrilib".

Qeyd edək ki, bu gün Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin ilə Müdafiə naziri Seyran Ohanyanın görüşü olub.

Tarix
2014.10.24 / 16:10
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakı ilə ən uğurlu razılaşma... - Paşinyan

Şura Bakıda keçiriləcək iclasın iş planını təsdiqlədi

Bakı və İrəvan arasında sülh nümunəsi göstərir ki... - Kansler

İlham Əliyev Slovakiya səfərindən paylaşım etdi - Video

Bu, Avrasiyanın xəritəsini tamamilə dəyişəcək - Hacıyev

Prezident Robert Fitso ilə təkbətək görüşdü - Foto

Əliyevlə Fitsonun görüşündə bu mahnımız ifa edildi - Video

Əsrlər boyu böyük imperiyaların tərkibində olmuşuq...

İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi - Foto

Azərbaycan bu ölkə ilə 5 sənəd imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla