Yuxarı

Seçki göstərdi ki, İrəvanda heç nə dəyişməyib - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Seçki göstərdi ki, İrəvanda heç nə dəyişməyib - Ekspert

Ermənistanda parlament seçkilərinin nəticələri əhali arasında siyasi əhval-ruhiyyənin nikbin olmadığını açıq büruzə verdi. Siyasi dəyişikliklər zamanı adətən əhalinin fəallığı yüksək olsa da, Ermənistanda bunun tam əksi müşahidə edildi. Seçki hüququna malik olan vətəndaşların yalnız 48,6 faizi səsvermədə iştirak etdi. Bu, onu göstərir ki, Nikol Paşinyanın ölkədə heç bir problemi həll edə bilməməsi, beynəlxalq aləmdə ənənəvi müttəfiqlərlə belə münasibətləri korlaması hər bir erməninin həyatına da mənfi təsirini göstərir.

Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında siyasi ekspert Nadir Şəfiyev bildirib.

Ekspert qeyd edib ki, seçkiqabağı prosesdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kəskin bəyanatlar verən Nikol Paşinyan bu sahədə də səriştəsizlik və qərəz nümayiş etdirdi. Paşinyan xalqla birgə yürüşdə iştirak etsə də, xalqdan biri olmadığını açıq şəkildə göstərdi. Odur ki, Sərkisyan-Köçəryan hakimiyyətinə etiraz əlaməti olaraq vaxtilə Paşinyana dəstək verən əhali artıq onu bu etimaddan məhrum edib. Seçkilərin nəticəsi də bu etimadsızlığı açıq büruzə verdi. Paşinyan ölkədə dəstəyə malik olduğunu göstərə bilmədi.

Ekspert beynəlxalq təşkilatların seçkilərdəki pozuntularla bağlı susqun mövqe nümayiş etdirməsinin yolverilməz olduğunu vurğulayıb. O deyib: “Beləliklə, Ermənistandakı seçkilərin nəticəsinə nəzər saldıqda belə qənaətə gəlmək olar ki, gözlənildiyi kimi ciddi dəyişiklik yoxdur. Nə səsləndirilən ifadələr, nə siyasətin həyata keçirilməsi prinsipləri, nə də beynəlxalq aləmdəki erməni mövqeyi dəyişib. Bu ölkədə antidemokratik rejim, işğalçı siyasət və faşizm ideologiyası var”.

Tarix
2018.12.10 / 23:21
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

İran “kritik 10 gün”dən sağ çıxdı: Yeni mərhələ başladı

Müctəbanın ilk müraciəti - İran öz yolunu seçdi

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu artdı

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

İran qalib gəlir? Bu yalana inanmamaq üçün... - Ekspert

Yeni cəbhə: İran gizli hücrələri hərəkətə keçirə bilər...

İsveçrə XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Daha bir ölkə Tehrandakı səfirliyini Bakıya köçürdü

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla