Yuxarı

Yeni saytın baş redaktoru danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni saytın baş redaktoru danışdı

"Materialların yerləşdirilməsi ilə bağlı hazırlıq işləri avqustun 15-dən sonra həyata keçirilib".

Bunu Axar.az-a "Report" İnformasiya Agentliyinin Baş redaktoru Murad Əliyev söyləyib.

Agentlikdə peşəkar jurnalistlərin işlədiyini deyən Murad Əliyev gənc kadrlara da üstünlük verildiyini bildirib:

"Sayt sıfırdan yığıldığına görə əvvəlcə saytda texniki işlər gedirdi. Materialların yerləşdirilməsi ilə bağlı hazırlıq işləri avqustun 15-dən sonra həyata keçirilib. Heyət indi yığılır. Heyətə bir çox şəxslər tələb olunacaq. Hazırda bizdə bir neçə peşəkar jurnalist var ki, öz sahələri üzrə ixtisaslaşıblar. Digər şəxslər isə gənc kadrlardır. Biz özümüz onları hazırlayırıq və gələcəkdə peşəkar jurnalist olmalarına çalışacağıq. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən "Report" İnformasiya Agentliyi siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri oxuculara operativ şəkildə çatdırmağı qarşısına məqsəd qoyub. Saytın "Analitika" bölməsində isə müvafiq sahələrin mütəxəssisləri olan jurnalist və ekspertlərin təhlil yazıları dərc olunacaq. Agentliyimiz ictimai-siyasi xadimlərin məlumat bazasını da yaradıb. Bundan başqa, müasir kompüter monitorlarının yeni imkanlarını nəzərə alaraq sayt ümumi qəbul edilmiş standartlardan daha geniş formatda açılır".

Qeyd edək ki, "Report" müstəqil informasiya agentliyinin (İA) əsas veb-resursu olan www.report.az saytı bu gündən etibarən oxucuların istifadəsinə verilib.

Tarix
2014.10.27 / 15:31
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla