Yuxarı

Moskva İrəvana yardım üçün Bakı ilə danışıqlar aparır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskva İrəvana yardım üçün Bakı ilə danışıqlar aparır

Rusiya Ermənistanı Gürcüstanın tranzit asılılığından azad etmək istəyir.

Axar.az Reqnum-a istinadən xəbər verir ki, bu barədə Rusiya Gömrük Xidmətinin səlahiyyətli nümayəndəsi Andrey Belyaninov bildirib. Onun sözlərinə görə, Rusiya Federal Gömrük Xidməti Avrasiya İqtisadi Birliyinin üzvləri ilə bilavasitə sərhədi olmadığı üçün Ermənistanla əməkdaşlıqda çətinliklərin öhdəsindən gəlməyin yollarını axtarır.

Belyaninov sonuncu dəfə Antaliyada bu istiqamətdə Türkiyə tərəfi ilə görüşlər keçirdiklərini, türk mallarının loqistik marşrutlarını müzakirə etdiklərini qeyd edib. Müzakirələr zamanı Ermənistanın da tranzit məsələsindən danışılıb. Ermənistandan Gürcüstana gedən istiqamətdə tez-tez qar uçqunlarının olması yolların bağlanmasına səbəb olur ki, bu da yük daşınmalarında böyük çətinliklər törədir.

Belyaninov Ermənistana tranzit yollarının axtarışı üçün Türkiyə, Azərbaycan və gürcü həmkarlarla tranzit məsələlərini gündəmə gətirdiklərini bildirib.

Tarix
2014.10.29 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla