Yuxarı

Prezident fərmanı: Hansı institutlar birləşir? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident fərmanı: Hansı institutlar birləşir? - Ekspert

Azərbaycan Milli Elmlər Akademiyasında islahatlar qaçılmazdır. AMEA-da aparılan tədqiqatlar, yazılan elmi işlər çağdaş dövrün tələblərinə uyğunlaşdırılmalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında alim, təhsil eksperti Etibar Əliyev Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyindəki qurumların fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması ilə bağlı Fərmanı barədə danışarkən deyib. O bildirib ki, AMEA-da aparılacaq başlıca islahatlardan biri bəzi institutların birləşdirilməsi olmalıdır:

“Bu Fərmanın islahatların daha səmərəli aparılmasına yardımçı olacağına inanıram. Son dövrlər Azərbaycan Milli Elmlər Akademiyasında funksionallığı bəlli olmayan institutlar və şöbələr yaradılıb. Akademiyanın bir neçə institutunun birləşdirilməsinə ehtiyac var. Məsələn, Ədəbiyyat İnstitutunun Dilçilik və Folklor İnstitutu ilə, Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarix İnstitutu ilə birləşməsi artıq zamanın tələbidir. Hələ Füzuli adına Əlyazmalar İnstitutu da var. Bundan başqa, Fizika İnstitutu ilə Radiasiya Problemləri İnstitutu niyə ayrıca fəaliyyət göstərməlidir? Ayrıca Biofizika İnstitutu niyə olmalıdır?”

Etibar Əliyevin sözlərinə görə, Akademiyanın institutlarında elmi tədqiqatların səmərəliliyinin artırılmasının mexanizmləri də işlənməlidir:

“Fizika, riyaziyyat və texnika, kimya, biologiya və tibb elmləri yönümlü institutlardakı tədqiqatların əhəmiyyəti görünməlidir. AMEA sanki elmi dərəcələr verən bir məkana çevrilib. Buna görə də elmi tədqiqatların aktivlik indeksində bu qurumun yeri görünmür. Ötən əsrin 70-80-ci illərində AMEA-nın institutlarının elmə verdikləri töhfələr daha səmərəli xarakter daşıyırdı. Düşünürəm ki, Fərmanın icrası Akademiyada tədqiqatlar üçün yeni mühit yaradacaq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün imzaladığı Fərmanda Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılması haqqında xüsusi bənd var. Fərmanda Prezident Administrasiyasına İşçi Qrupun yaradılması və 6 ay müddətində müvafiq təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb.

Tarix
2019.01.18 / 14:26
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

Naxçıvana Ermənistandan elektrik xətləri çəkiləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla