Yuxarı

Buna deyərəm iş: Bu xainin Bakıya gətirilməsi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bax, buna deyərlər iş! Azərbaycanımızın dəyəri olan, onun varlığı üçün yüzlərlə şəhid vermiş talış qardaşlarımızın guya haqqını qoruduğunu iddia edərək ermənilərə hər şeyini satmış, Vətənə xəyanət etmiş bu cür ünsürlərin xaricdən gətirilərək ədalət mühakiməsi qarşısına çıxarılması çox böyük uğurdur.

Axar.az xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Ermənistana agentlik edən vətən xaini Fəxrəddin Abbasovun (Aboszadə) Bakıya ekstradisiya olunması ilə bağlı bildirib.

Deputat bu işdə rolu olan hər bir rəsmi və qeyri-rəsmi insanlara təşəkkür edib:

“Abbasovu dəstəkləyənlərlə Tale Bağırzadəni dəstəkləyən ləyaqətsizlər arasında heç bir fərq yoxdur. Ona görə bu qədər kəskin deyirəm ki, Abbasov ermənilərə işləyirdi, ermənilər də Tehranda Tale Bağırzadənin əllərini öpdüyü mollaların izacəsi ilə "Qarabağ Ermənistanındır" şüarını qaldırır”.

F.Mustafanın fikrincə, hər ikisi erməninin dostudursa, o halda bizim nəyimiz olurlar:

"Kim olursunuz olun, siyasi baxışlarına görə kimi istəyirsiniz dəstəkləyin, ancaq bu Vətənə xəyanət etmiş, onu ermənilərə və xaricdəki ermənipərəst mollalara satmış düşmənləri insan haqlarını qorumaq adı altında dəstəkləməkdən çəkinin".

Qeyd edək ki, Fəxrəddin Fərman oğlu Abbasov Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələri ilə şübhəli bilinərək, Səbail rayon məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Fəxrəddin Abbasov Rusiyada müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin qərarı ilə deportasiya olunub. 28 fevral 2019-cu ildə Bakı şəhəri Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib.

Hazırda Fəxrəddin Abbasovun Ermənistana səfərləri, özünün də bildirməsinə görə, Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistanda keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir.

Tarix
2019.03.02 / 17:49
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla