Son yüz ilin ən dəhşətli və qanlı vəhşiliklərindən biri
olaraq qəbul edilən Xocalı faciəsinin beynəlxalq hüquqi baxışla
bağlı Avrasiya İqtisadi Əlaqələr Dərnəynin (EkoAvrasiya), Soyqırımı
Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin, Avrasiya İctimai
Əlaqələr və Əməkdaşlıq Dərnəyinin birgə təşkilatçılığı ilə
keçirilən tədbirdə Xocalı qətliamı müzakirə olunub.
Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyindən
Axar.az-a verilən məlumata görə, Ankaranın "Riksos" hotelində
keçirilən tədbirə TBMM Konstitusiya Komissiyasının sədri Burhan
Kuzu,Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri,
millət vəkili Necdet Ünüvar, Türkiyə Parlamentlər Birliyinin sədri
Nevzat Pakdil, Avrasiya İctimai Əlaqələr və işbirliyi Dərnəyinin
sədri, millət vəkili, İsmail Safi, millət vəkili Oktay Ekşi, Dünya
Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəri,
Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli,
Diaspor Jurnalistləri Birliyinin İdarə Heyətinin üzvü, BayMedia
saytının redaktoru Elnur Eltürk, Dünya Türk Gəncəri Dostluq və
Dayanışma Dərnəyinin sədri Sedat Adakan, Avrasiya İqtisadi Əlaqələr
Dərnəyinin sədr müavini Murad Davudoğlu, tanınmış şairə Könül
Ordubadi, Gənc Diplomatlar Birliyinin Türkiyə təmsilçisi Söhrab
İsmayıl daxil olmaqla, ekspertlərin, jurnalistlərin iştirakı ilə
müzakirə olunub.
"Yüzilliyin dəhşəti: Xocalı soyqırımına beynəlxalq hüquqi baxış"
adlı tədbiri giriş sözü ilə açan Doç. Dr Kürşad bu soyqırımın
beynəlxalq hüquqi baxımdan önəmini diqqətə çəkib. TOBB
Universitetinin dosenti,doç.Dr Toğrul İsmayıl və "Xocalıya ədalət"
kampaniyasının Türkiyə təmsilçisi Gözde Kılıç Yaşın çıxışları ilə
Xocalı hadisəsinin başvermə səbəblərini qeyd ediblər. Toplantıda
Xocalı qətliamı ilə bağlı qısa sənədli film iştirakçıları
duyğulandırıb.
Çıxış edən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri Hikmet
Eren Xocalı qətliamının əsrlərdir davam edən xaç yürüşlərinin bir
bənzəri və davamı olduğunu bildirib: "Ermənilər dünyanın gözü
önündə 26 fevral 1992-ci il tarixində 613 müsəlman soydaşımızı
vəhşicəsinə qətlə yetiriblər. Bundan gözləri doymayan Ermənistan
Azərbaycanın 20% torpaqlarını işğal edərək, minlərlə soydaşımızı
öldürüb. 2015-ci ildə əsassız və saxta erməni soyqırımı
iddialarının 00 illiyi yaxınlaşır. Bunun üçün Türkiyə və Azərbaycan
gərək Amerikada və gərəksə Avropada ortaq diaspor fəaliyyətləri
yürütməlidirlər". H.Eren çıxışında Xocalı xaricində Anadolu
torpaqlarında ermənilərin müsəlman türklərə qarşı törətdikləri
qətliamın izlərinin olduğunu söyləyib: "1980-ci il və 1990-illərdə
Ərzurum Alaca kəndi,Yeşilyayla və Tımar kəndlərində aparılan
qazıntılar zamanı ermənilərin müsəlman türklərinin toplu məzarları
tapıldı. Qars, İğdır və Vanda ortaya çıxarılan qətliam məzarları da
gözümüzün önündədir. Bu qətliamları dünyanın dörd bir tərəfinə
çatdırmalıyıq. Bəzən bu gerçəkləri anlatdığımız üçün bizi "Türkün
türkə" təbliğatı aparmasında ittiham edirlər. Bəli, Türkiyədə 80
milyon insan yaşayır, amma əksər gənclərimizin bu məzarlıqlardan
xəbəri varmı?".
Sonra Xocalı faciəsinin canlı şahidi və 40-dan çox qohumunu
itirən Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin
sədri Ceyhun Ələkbərova söz verilib: "Xocalı qətliamı insanlıq
tarixinin ən acı soyqırımılarından biridir. Faciənin dəhşətini
yaşayan biri olaraq, üzərindən 22 il keçsə də Xocalı qətliamının
acısı hələ də təzədir və həmişə belə qalacaq. Xocalı qətliamı o
günü yaşayan hər kəs kimi məndə də dərin izlər buraxıb. Yüzlərcə
qadın və uşaq gözümüzün önündə erməni əsgərləri tərəfindən qətlə
yetirildilər. Xocalı qətliamı erməni faşistlərin düşündüyü kimi
sadəcə türk və müsəlmanlara qaşı deyil, bütün insanlığa qarşı
işlənmiş bir toplu cinayətdir. Xocalı qətliamı bu gün bir çox
ölkənin parlamenti tərəfindən gündəmə gəlib və soyqırımı olaraq
tanınıb. Bunlardan Meksika, Pakistan, Kolumbiya, Bosna, Peru,
Sudan, Honduras və İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyi
Xocalı qətliamını tanıyıb. Fəqət, Xocalı faciəsini qardaş Türk
cümhuriyyətlərinin parlamentləri tərəfindən tanınmasını arzu
edərdik".
Onu qeyd edək ki, Ceyhun Ələkbərovun çıxışı zalda əyləşənləri
təsirləndirib.
Avrasiya Sivil Toplum İşbirliği Dərnəyinin sədri və millət
vəkili Dr. İsmail Safi isə Xocalı vəhşəti kimi bu cür önəmli
mövzuların dövlətlərin və tarixçilərin məsələsi olduğuna diqqəti
çəkib: "Amma bugünkü dünyaya baxdığımızda bu cür tarixi hadisələr
QHT-lərin də məsələsidir. Çünki əslində bu, lobbiçilik fəaliyyəti
sahəsinə aiddir. Amma təəssüf ki, Türkiyədə bu mövzunun yetərsiz
olduğuna şahid oluruq. Bu məqsədlə "biz bu mövzuda nə edə bilərik?"
istiqamətində 1 ildir fəaliyyət göstəririk. 10 universitetdə
dəyirmi masa və konfranslar düzənlədik. 2015-ci ildə də
çalışmalarımıza davam edəcəyik və bu məsələni xaricdə də
qaldıracağıq".
Qeyd edək ki, tədbirin yekununda iştirakçılar tərəfindən qərar
qəbul olunub. Qərara görə, Xocalı hadisəsi açıq bir soyqırımıdır,
Xocalı soyqırımı və qondarma erməni soyqırımı iddiaları ilə bağlı
diaspor, elmi və lobbi fəaliyyətləri birlikdə koordinasiya edilməli
və birlikdə iş aparılmalıdır. Sənəddə həmçinin bildirilir ki,
Türkiyə-Ermənistan sərhədi Dağlıq Qarabağ münaqişəsi həll
olunmayanacan əsla açıla bilməz və açılmamalıdır.