Yuxarı

İcra başçısına yeni müavin gətirildi – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısına yeni müavin gətirildi – Özəl

Şəmkir Rayon icra başçısı Alimpaşa Məmmədova yeni müavin təyin edilib.

Bu barədə Axar.az-a Şəmkir Rayon İcra Hakimiyyətindəki etibarlı mənbədən məlumat verilib.

Mənbə Şəmkir Rayon İcra başçısının müavini, Aqrar məsələlər şöbəsinin müdiri Tağızadə Pərviz Bəhram oğlunun yerinə Mustafayev Rasim Yaqub oğlunun təyin edildiyini bildirib. Alimpaşa Məmmədovun etdiyi dəyişikliklə əlaqədar Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi saytındakı struktur bölümündə də yeni müavinin adı yerləşdirilib.

Qeyd edək ki, Pərviz Tağızadə vəzifəsindən Alimpaşa Məmmədov Şəmkirə yeni rəhbər təyin olunduqdan qısa zaman sonra azad edilmişdi. O zaman Şəmkir Rayon İcra Hakimiyyəti də məsələ ilə bağlı faktı təsdiqləmişdi. İcra Hakimiyyətindən Axar.az-a verilən açıqlamada Pərviz Tağızadənin səhhəti ilə əlaqədar vəzifəsindən azad olunduğu bildirilmişdi. Onun şəkər xəstəliyindən əziyyət çəkdiyi deyilmişdi.

Onu da xatırladaq ki, Alimpaşa Məmmədov oktyabrın 8-də Prezident İlham Əliyevin sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinə rəhbər təyin edilib. O bu vəzifədə Nizami Veysovu əvəzləyib. Alimpaşa Məmmədov bundan öncə də Şəmkirdə çalışıb. O, bir müddət Şəmkir Rayon Vergilər İdarəsinin rəhbəri olub. İcra başçısı təyin olunana qədər isə A.Məmmədov Bakı şəhər Vergilər Departamentinin rəisi vəzofəsində çalışıb.

Tarix
2014.12.03 / 16:20
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla