Yuxarı

Paşinyanın bəyanatına reaksiya verilməsə... - Trofimçuk

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyanın bəyanatına reaksiya verilməsə... - Trofimçuk

ATƏT Minsk Qrupu tərəfindən Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı bəyanatına reaksiyanın olmaması danışıqlar prosesinə mənfi təsir göstərə bilər.

Axar.az xəbər verir ki, bunu Azərnyus-a müsahibəsində rusiyalı ekspert Qriqori Trofimçuk N.Paşinyanın danışıqların formatının dəyişdirilməsi təklifini şərh edərkən deyib.

O bildirib ki, bu, sadəcə həll yolunun uzadılması deyil:

“Faktiki olaraq bu, danışıqların formatının dəyişdirilməsi cəhdidir. İlk növbədə buna ATƏT Minsk qrupunun həmsədrləri diqqət verməlidir. Qəribədir ki, onlar sanki Ermənistan baş nazirinin bəyanatlarını qulaqardına vurmağa çalışırlar. Bu, pis nəticələnə bilər, çünki Azərbaycan elə düşünə bilər ki, onu bilərəkdən kəskin addım atmağa sürükləyirlər. Xatırladım ki, Paşinyanın əsas açıqlamalarından biri belə idi: sülhü ərazilərə dəyişmirik. Ona görə, sual yaranır: bəs o zaman 1994-cü ildən başlayaraq bu prosesdə iştirak edən insanlar nəyi müzakirə edirdi? Ərazilər əvəzinə sülhə çalışmırdılarmı?”

Q.Trofimçuk qeyd edib ki, Qarabağ prosesinin mülahizəsində N.Paşinyan kabineti ilə S.Sərkisyan administrasiyası arasında prinsipial fərqlər mövcuddur:

“Sərkisyana danışıqlar masasında sakit oturmaq kifayət edirdi. Paşinyana isə bu, kifayət etmir və Qarabağ məsələsi onun üşün əsas məsələlərdən biridir”.

Ekpsert həmçinin Rusiya xarici işlər nazirinin iştirakı ilə baş tutmuş Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə də toxunub. O bildirib ki, Rusiya heç vaxt Qarabağ münaqişəsinin nizamlanması prosesindən kənarda qalmayıb:

“Ona görə Vyana sammitinin ardınca nazirlərin Moskva görüşü keçirildi ki, Rusiya, Azərbaycan və Ermənistan yüksək səviyyəli görüşünə hazırlıq işləri başlasın. Bununla belə, Moskva özünü Vyana tədbirindən ayırmır və bəyan edir ki, əvvəllər keçirilmiş müzakirələri nəzərə almaqla hərəkət edir. Əsas mübahisə mövzusu isə əvvəlki kimi eynidir: Azərbaycan yeni uzun, səmərəsiz danışıqlar prosesinə cəlb olunmaq istəmir və tam aydın başa düşmək istəyir ki, əraziləri ona nə zaman qaytarmağa başlayacaqlar”.

Tarix
2019.04.17 / 22:18
Müəllif
Axar.az
Digər xəbərlər

Aralıq və Egeydə 22 milyon ton neftayırma potensialımız olacaq

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

“Qızıl Azərbaycan”a zərbə: bu görüntü təəccüb doğurdu - Video

İsrail 160 tələbəni niyə öldürdü? - Xəritə

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Qərbi Azərbaycanın 2 şəhərində 5 hədəfə zərbə endirildi

İrandan təxliyə üçün Bakıya neçə ölkə müraciət edib?

Prezident Dan Yorgenseni qəbul etdi

Bürc Xəlifəyə zərbə: Bu görüntü hər kəsi aldadır - Video

İlham Əliyev Bolqarıstan prezidentinə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla