Yuxarı

Dünya sürpriz ərəfəsində: “səhvin nəticəsi” prezident olur?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya sürpriz ərəfəsində: “səhvin nəticəsi” prezident olur?

Ukraynada prezidentliyə namizədlər arasında ötən gün “Olimpiya” stadionunda keçirilən debatın nəticəsi ilə bağlı politoloq Elxan Şahinoğlu fikirlərini bölüşüb.

Axar.az xəbər verir ki, politoloq debatda Poroşenkonun qələbə çala bilmədiyini, Vladimir Zelenskinin məğlub olmadığını bildirib:

“Halbuki əvvəldən debat təklifi Poroşenkodan gəlmişdi. Hazırki prezident düşünürdü ki, siyasətdə naşı olan komediya artistini darmadağın edib birinci turun nəticəsinə görə aralarındakı fərqi azaldacaq. Alınmadı. Ona görə alınmadı ki, Poroşenkonun prezident olduğu illərdə səhvləri olub və Zelenski sualları ilə həmin nöqtələrə vururdu. Ancaq Zelenski də Ukraynanı necə inkişaf etdirəcəyinə dair heç nə deyə bilmədi. Çünki artistin konkret proqramı yoxdur. Ona görə də Zelenski debatın ən yaddaqalan və əvvəlcədən hazırlanmış fikrini bu şəkildə söylədi: "Cənab Poroşenko, mən siyasətçi deyiləm, mən sizin səhvlərinizin nəticəsiyəm".

Beləliklə, sabah seçkidir. Poroşenkonun "səhvlərinin nəticəsi" prezident olmağa yaxındır”.

Tarix
2019.04.20 / 13:56
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video

Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq

Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video

Gizir Xanıya şəhidlik statusu verildi

Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video

Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi

Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq

Ermənistan sülhlə bağlı səmimi görünmür

Ərdoğan Naxçıvan sazişindən danışdı: Dönüş nöqtəsi...

AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla