Yuxarı

İstanbul bələdiyyə seçkiləri ləğv edilə bilər? - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 23-də keçirilməsi nəzərdə tutulan İstanbul Böyükşəhər Bələdiyyə seçkilərinin CHP namizədi Əkrəm İmamoğlunun yol verdiyi nöqsanlara görə ləğv ediləcəyini düşünmürəm.

Bu sözləri Axar.az-a seçkilərin ləğv edilməsiylə bağlı yayılan iddialara münasibət bildirən Avropa.info saytının baş redaktoru Ruslan Bəşirli deyib. O bildirib ki, İmamoğlu haqqında yayılan məlumatlar nə seçkinin ləğv edilməsinə, nə də seçkinin nəticəsinə təsir edəcək:

“Əkrəm İmamoğlu əgər Ordu valisi Səddar Yavuzu təhqir edibsə belə, vali şikayət ərzisi ilə məhkəməyə müraciət edə bilər. Amma təhqirə görə İstanbul bələdiyyə seçkiləri ləğv edilə bilməz. Çünki Türkiyə siyasətində hansısa siyasətçinin kimisə təhqir etməsi halı birinci dəfə deyil. Bundan başqa hesab edirəm ki, İmamoğlunun debatdan öncə moderator İsmayıl Küçükkaya ilə “Mərmərə oteli”ndə gizli görüşü də seçkinin və ya seçki nəticəsinin ləğv olunmasına təsir edən amil deyil. Çünki ortada seçki saxtakarlığından deyil, debatdan söhbət gedir. Onun moderatorla görüşməsi dəqiq məsələdir və bunun görüntüləri var. Həmçinin bu görüşü özü də, moderator da təsdiq edib. İkinci bir tərəfdən onların bu görüşündə nəyin müzakirə edilməsiylə bağlı dəlil də yoxdur. Mənə görə bunlar əxlaqi məsələdir. İsmayıl Küçükkaya İmamoğluyla görüşübsə, Binəli Yıldırımla da görüşməli idi”.

Ekspert debat zamanı moderator İsmayıl Küçükkayanın namizədlər arasında ayrı-seçkilik edərək, öz mövqeyini ortaya qoyduğunu bildirib:

“17 ildir Türkiyədə debat keçirilmirdi. 17 ildən sonra ilk dəfə keçirilən debat çox bərbad idi. Hətta namizədlərə fikir bildirmək, polemika aparmaq imkanı verilmədi. Bu görə də debatın yaxşı keçirilməməsi ilə tamamailə razıyam. Hər kəsə məlumdur ki, debatın moderatoru İsmayıl Küçükkayanın mövqeyi necədir. Bəzi hallarda o mövqeyini gizlətmirdi. AKP namizədi Binəli Yıldırıma daha az vaxt verilməsində və onun sözünün tez-tez kəsilməsində də bu, açıq-aşkar hiss olunurdu. Onu da bildirim ki, debat seçki deyil. Düşünürəm ki, bu debat hətta seçicilərin səsinə də ciddi təsir etmədi. Buna görə də baş verən bu olayların seçkinin və onun nəticəsinin ləğv olunmasına səbəb olacaq bir amil olduğunu düşünmürəm”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul bələdiyyə başqanlığına namizədi Əkrəm İmamoğluya qarşı Ordu valisinin qaldırdığı iddia barədə danışarkən, prokurorluğun verəcəyi qərarın İmamoğlunun önünü kəsə biləcəyini bildirib.

Tarix
2019.06.20 / 13:40
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Pezeşkian şayiələrə son qoydu: Mən fəxr edirəm ki, türkəm!

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla