Yuxarı

Bu ölkələr müstəqil siyasət apara bilmir - İlham Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət apara bilmirlər, yaxud da ki, aparmaqda çətinlik çəkir. Biz isə tam müstəqil siyasət aparırıq, bütün məsələlərlə bağlı bizim öz mövqeyimiz var və bu mövqeyi çəkinmədən ifadə edirik. Biz bütün prinsipial məsələlərlə bağlı beynəlxalq kürsülərdən səsimizi ucaldırıq, ədaləti və qanunun aliliyini təbliğ və müdafiə edirik.

Axar.az xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin bu günlərdə çapdan çıxmış 85-ci kitabında yer alan bu fikirlər Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısının söylədiyi nitqdən götürülüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci ilin yanvar-mart aylarını əhatə edir.

Kitabda Prezident İlham Əliyevin İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlər haqqında informasiyalar, Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında, “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumunda söylədiyi nitqlərinin mətnləri yer alıb.

Nəşrə Prezident İlham Əliyevin Azərbaycana səfərə gəlmiş Albaniya Prezidenti ilə görüşünə, habelə Türkiyə, ABŞ, Böyük Britaniya, İtaliya, Niderland, İran, Mərakeş, Yaponiya və digər dövlətlərin, Avropa İttifaqının, Avropa Komissiyasının, ATƏT-in, Dünya Bankının yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair informasiyalar toplanıb.

Azərbaycan Prezidentinin bütün görüş və danışıqlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolları prioritet kimi qaldırılıb.

Çoxcildliyin 85-ci kitabına, həmçinin Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayındakı nitqinin, “Rossiya-24” telekanalının müxbirinə müsahibəsinin mətnləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayının iştirakçılarına məktubu və digər məktubları daxil edilib.

Oxucular bu kitabda dövlətimizin başçısının Mingəçevir şəhərinə, Bərdə rayonuna səfərləri haqqında materiallarla da tanış ola bilər.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.

“Azərnəşr” tərəfindən buraxılan 85-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin materiallarından istifadə olunub.

Tarix
2019.06.21 / 21:35
Müəllif
Axar.az
Digər xəbərlər

COP29-da tarixi qərar qəbul olundu

COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

COP29-un bağlanış iclası keçirilir - Canlı

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla