Yuxarı

İmamoğlunun ermənilərlə bağlı səhvi: Etməməli idi... – Özər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmamoğlunun ermənilərlə bağlı səhvi: Etməməli idi... – Özər

“Yarım səs” fərqə görə AKP-nin təkidi ilə ikinci seçkilərin keçirilməsi böyük səhv oldu.

Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli siyasi ekspert Engin Özər bazar günü İstanbulda baş tutan seçkiləri şərh edərkən deyib.

Onun sözlərinə görə, bu, Əkrəm İmamoğlunun qələbəsi deyil, Rəcəb Tayyib Ərdoğana göstərilən reaksiyadır:

“Həmin vaxt Prezident Ərdoğanın bu seçkiləri keçirməklə strateji xətaya yol verdiyini demişdim. Bu məğlubiyyəti ilk seçkilərdə qəbul etməli idi”.

Türkiyədəki hazırkı vəziyyəti şərh edən politoloq müxalifətin bu zəfəri elə də böyütmədiyini, Prezidentə qarşı çıxışlar etmədiyini də vurğulayıb:

“Onsuz da hökumət dərhal nəticələri qəbul edərək Əkrəm İmamoğlunu təbrik etdi. Görünür, İmamoğlu gələcəkdə CHP-nin rəhbəri olacaq. Çünki hazırda nüfuzu çox yüksəkdir”.

Yeni seçilmiş bələdiyyə rəhbərinin Azərbaycanda birmənalı qarşılanmayan erməni, yəhudi bəyanatı haqda danışan Engin Özər bildirib ki, İmamoğlunun bu addımı Avropaya mesaj göndərmək üçün etdiyinə inanır:

“Müxtəlif xalqlara göstərəcəyi xidmətdən danışarkən İmamoğlu ermənilərin, yəhudilərin və suriyalıların adını çəkdi. Bunu siyasi səhv adlandırmaq olmaz. Amma bunu etməsi lazım idimi? Məncə, xeyr. Kürd seçicilərin üstünlük təşkil etdiyini nəzərə alsaq, bunu onların xoşuna gəlmək üçün də edə biləcəyi ehtimal oluna bilər.

İstanbulun yerli erməni və yəhudisi həqiqətən də çoxdur. Əkrəm İmamoğlu siyasətçi deyil, bələdiyyə rəhbəridir. Sadəcə, Avropaya xoş görünmək üçün lazımsız bir fikir səsləndirdi. Onun hərəkətini yalnız belə dəyərləndirmək lazımdır. Burada ciddi heç nə yoxdur”.

Qeyd edək ki, İstanbul bələdiyyə seçkilərində qalib gələn Əkrəm İmamoğlu çıxışında şəhərdə yaşayan ermənilərə və başqa xalqların nümayəndələrinə təşəkkür etsə də, azərbaycanlıların adını çəkməyib.

Tarix
2019.06.25 / 16:50
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Saxlanılan AXCP-çilərın hamısı azad edildi

Melkonyanın adını daşıyan bir qurum necə təşviq oluna bilər?

ABŞ milli strategiyasını elan etdi - Avropa üçün şok

ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə

Əli Kərimlini hamıdan qabaq, görün, kim müdafiə etdi...

Britaniya Azərbaycana dəstək üçün yeni layihəyə başlayır

Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı

Koşta yeni razılaşmadan danışdı: Bakı-İrəvan sülhü...

Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto

AİB-in dəstəyi ilə layihəyə start verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla