Yuxarı

Tuskun İlham Əliyevlə görüşündə 4 vacib məqam

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tuskun İlham Əliyevlə görüşündə 4 vacib məqam

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun iyulun 9-da Prezident İlham Əliyevlə görüşündə bir neçə amil diqqət çəkir.

Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Analizdə görüşlə bağlı 4 vacib məqama toxunulub:

“Birincisi, Azərbaycanın iştirakçısı olduğu enerji layihələri və qazın Avropaya çatdırılması ətrafında fikir mübadiləsi aparılıb. Tusk bu əməkdaşlığı yüksək qiymətləndirib və İlham Əliyevin bu istiqamətdəki səylərini dəstəklədiklərini deyib.

İkincisi, İlham Əliyev diqqəti Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycan torpaqlarının işğal altında qalmasına yönəldib. Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bunu Avropa Parlamentinin qəbul etdiyi qətnamələr də göstərir.

Üçüncüsü, Azərbaycanla Aİ arasında strateji əməkdaşlıq sazişinin imzalanmasının vacibliyi vurğulanıb. Danışıqlar hələ davam edir. Sənədin böyük hissəsi artıq hazırdır.

Dördüncüsü, Donald Tusk İlham Əliyevlə görüşdə qanunun aliliyinə, insan haqları və digər azadlıqlara diqqət çəkib. Yəni Tusk Aİ-nin Azərbaycanla əməkdaşlıq zamanı enerji və təhlükəsizlik mövzuları ilə yanaşı demokratiya məsələlərini də əsas tutacağını demək istəyib. Təsadüfi deyil ki, D.Tusk İlham Əliyevlə yanaşı Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşüb, fikir mübadiləsi aparıb”.

Mərkəzin təhlilində Azərbaycanın gələn ildən başlayaraq Avropaya qaz nəql edəcəyi bildirilib:

“Azərbaycanın əsas ticarət tərəfdaşları Avropa İttifaqına üzv ölkələrdir. Bu baxımdan Azərbaycanla Aİ arasında strateji sazişin qısa müddətdə imzalanması vacibdir. Bu saziş birinci növbədə Azərbaycana lazımdır ki, Avropa İttifaqı ilə münasibətlərin dəqiq cizgiləri müəyyənləşsin”.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycan Respublikasına səfəri iyulun 9-da başa çatıb.

Tarix
2019.07.10 / 13:58
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Azərbaycanlı yazıçı Bakıdan deport olundu

Tehrandan sonuncu təyyarə Bakıya gəldi - Müharibə başlayır?

Qara şəhər əvəzinə Ağ şəhəri görə bilərsiniz - Əliyev

SOCAR prezidentinin gürcü müşavirinə yüksək vəzifə verildi

İlham Əliyevlə Vuçiçin səmimi - Fotoları

Azərbaycan Ordusu başlamışdı: Rusiyada şok yaşanır - Video

Bakıda Liderlər Sammiti: kimlər iştirak etdi?

Prezidentdən WUF13 ilə bağlı - Videoçarx

Bu gün Ukrayna üçün tarixi gündür - Kuleba

Azərbaycanla imzalanan sənədlər önəmlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla