Yuxarı

Aİ Bakıdan İrəvana mesaj yolladı - Kuznetsov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aİ Bakıdan İrəvana mesaj yolladı - Kuznetsov

Tuskun indi iki yolu var: ya hazırda əldə etdikləri ilə kifayətlənib sonuncu “qastrolundan” zövq almaq, ya da nəsə səs-küylü, Avropanın uzun müddət xatırlayacağı bir addım ataraq qapını çırpıb getmək.

Bu sözləri Axar.az-a rusiyalı tarixçi və ekspert Oleq Kuznetsov Avropa İttifaqı Şurasının Prezidenti Tuskun Qafqaz səfərini şərh edərkən deyib.

“Donald Tusk dünənin neo-mühafizəkar siyasətçisidir. Artıq ikinci dəfədir ki, Avropa İttifaqı Şurasının rəhbəri vəzifəsini icra edir, odur ki, bu karyerasını tezliklə sonlandırmalı olacaq”, - Kuznetsov deyib.

Onun sözlərinə görə, nəticə olaraq, bu siyasətçinin sözlərini və əməllərini tezliklə öz postunu tərk etməyə hazırlaşan bir siyasətçinin reaksiyası kimi qiymətləndirmək lazımdır - sakit və təvazökar və ya uca səslə və iddialı:

“Əgər onun Azərbaycanın ərazi bütövlüyü haqda səsləndirdiyi fikirlər olmasaydı, Tuskun Bakıya gəlişini qısa və adi bir səfər kimi qiymətləndirmək olardı. Bu çıxışıyla o, Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ənənəvi mövqeyini ifadə etdi”.

Kuznetsov qeyd edib ki, rəsmi Bakı da artıq onu potensial əməkdaş kimi deyil, vəzifədə sayılı günləri qalan bir siyasətçi kimi qəbul edir:

“Amma bunu unutmaq lazım deyil ki, Tuskun bəyanatı Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü haqda dəyişməz mövqeyini ifadə edir və bu addım Avropadan Azərbaycana edilən mühüm siyasi jest kimi qiymətləndirilməlidir. Çünki bu jestlə Avropa İttifaqı həm də rəsmi İrəvana öz mövqeyinin dəyişmədiyi ilə bağlı siqnal göndərdi”.

Politoloqun sözlərinə görə, Tuskun yerinə yeni rəhbər gəlməyincə, Avropa İttifaqından inisiativ gözləmək düzgün olmazdı:

“Təəssüf ki, Brüsseldə baş verəcək bu proses zaman alacaq və bu zaman Ermənistanın xeyrinə işləyəcək. Çünki bu zaman aralığında Aİ İrəvana siyasi və diplomatik təzyiqlər göstərməyəcək. Buna görə də Dağlıq Qarabağ konflikti hələ ki, öz tərəfləri arasında qalır: Azərbaycan siyasi dəstək ilə, Ermənistan tərəfi isə zaman qazanmaqla”.

Tarix
2019.07.13 / 09:00
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Hikmət Cavad Ukrayna ordusunun xüsusi mükafatı ilə təltif edildi

Ramil Usubov Sergey Şoyqu ilə görüşdü

İlham Əliyev Şahbaz Şəriflə görüşdü

Rus təyyarəsini qaçıran Vaqif Qurbanov kimdir?

Yaşar Gülər Azərbaycana gəldi

Mehdiyevin ailə üzvləri bir-bir həbs olunacaq - Quliyev

Qarabağ və Şərqi Zəngəzurda şəhərsalmanın son 5 ili

Bu qəhrəmanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək

Hikmət Hacıyev NATO rəsmiləri ilə görüşdü - Foto

FHN Zəfər Gününü belə qeyd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla