Yuxarı

Azərbaycanın bu töhfəsini yüksək qiymətləndiririk - Rusiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın bu töhfəsini yüksək qiymətləndiririk - Rusiya

Azərbaycanın rus dilinin qorunmasına verdiyi töhfəni Rusiyada çox yüksək qiymətləndirirlər.

Axar.az xəbər verir ki, bu fikri “Moskva-Bakı” portalına Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

M.Zaxarova deyib: “Biz Azərbaycan Respublikasının dostu olan ölkənin, xalqın dili kimi rus dilinə Azərbaycanda həm maraq, həm də həqiqi sevgi olduğunu görürük. Mənə elə gəlir ki, bu, həm də özünün bir ilham mənbəyinə olan münasibətdir. Bu cür münasibət bizim mədəniyyətlərin xüsusi vəhdəti ilə bağlıdır, o səviyyədə ki, onları ayırmaq nəinki lazım deyil, həm də zərərlidir. Dili, öz cəmiyyətini və mədəniyyətini kütləvi informasiya vasitələri ilə qarşılıqlı olaraq zənginləşdirmək isə (zənnimcə, bu, əlverişli və düzgündür), həm doğru, həm də olduqca vacibdir”.

Rusiya XİN-in xüsusi nümayəndəsi Azərbaycan KİV-lərində rusdilli seqmentin bir neçə istiqamətlərini vurğulayıb: “Bu, rus dilində milli, habelə həmvətənlərin və bilavasitə Rusiyada qeydiyyata alınmış və Azərbaycanda müvafiq olaraq rus dilində fəaliyyət göstərən KİV-lərdən ibarətdir. Qeyd etmək istərdim ki, onlar Azərbaycan auditoriyasında böyük populyarlıq qazanıblar. Rus dilində milli kütləvi informasiya vasitələrindən və həmvətənlərimizin KİV-lərindən danışdıqda təxminən 20 nəşri və 15 informasiya agentliyini fərqləndirmək olar. Bu, yaxşı rəqəmdir və göstərilən məhsula olan tələbatın göstəricisidir”.

M.Zaxarovanın fikrincə, dildən söhbət getdikdə, təəssüf ki, hər bir ölkədə həm də siyasi məqam ortaya çıxır. Çünki milli siyasət və milli mədəniyyət məsələləri də müşahidə olunur. Rusiya XİN-in sözçüsü vurğulayıb: “Müdriklik ondadır ki, siyasi aspekt də daxil olmaqla cəmiyyətdə olan bu tendensiyalar qarşı-qarşıya gətirilməsin, əksinə onların yaxınlaşması, xarakterik əlamətlərinin vəhdəti ilə məşğul olmaq mümkün olsun. Cəmiyyət, milli mədəniyyət həmişə bu xarakterik cəhətlər üzərində qurulur, yaxud onlara söykənir. Mənə elə gəlir ki, Azərbaycanda bu məsələ ilə bağlı hər şey harmonik şəkildə baş verir. Burada əks mövqe, insanların dil üstünlüyü zəminində qarşı-qarşıya qoyulması, yaxud KİV-lərin seçimində dil amilinə üstünlük verilməsi halları yoxdur. Əksinə, bir ahəng var. Zənnimcə bu, müdrikliyin əlamətidir, belə ki, öz informasiya, mədəniyyət məkanını zənginlışdirmək ciddi problemlərin profilaktikası, gələcəkdə onlara yol verilməməsi imkanı deməkdir. Biz, Azərbaycanın rus dilinin qorunmasına verdiyi töhfəni Rusiyada yüksək qiymətləndiririk”.

Tarix
2019.09.11 / 18:38
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

XİN başçısından TRİPP-lə bağlı açıqlama

NATO-nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? - General

Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü

Trampın anonsu təsdiqləndi: Bundan sonra Türkiyə...

Rusiya inanmadı, panikaya düşdü, Bakını suçladı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla