Yuxarı

Bu halda İrəvanın qaçmağa yeri qalmayacaq – Mixaylov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu halda İrəvanın qaçmağa yeri qalmayacaq – Mixaylov

Azərbaycanda atom elektrik stansiyası tikintisi layihəsi Moskva ilə Bakı arasında tərəfdaşlığı yeni səviyyəyə qaldıracaq.

Axar.az xəbər verir ki, bu sözləri beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov deyib. Ekspertin sözlərinə görə, AES tikintisi hər şeydən əvvəl Azərbaycana böyük həcmdə rus investisiyasının qoyulmasıdır.

“Atom elektrik stansiyası – ölkələr arasında münasibətlərin tamamilə yeni mərhələsidir. Bu, yanacaq təchizatı, kompleks təhlükəsizliyin təminatı, uzun illər layihənin idarə olunmasıdır. Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunacaq”, - ekspert qeyd edib.

Dağlıq Qarabağ mövzusuna toxunan Mixaylov böyük iqtisadi investisiya layihələrinin həyata keçirilməsindən sonra uzanan münaqişənin həllinə bir qədər fərqli şəkildə baxılacağını vurğulayıb:

“Rusiya tərəfi Azərbaycanla birgə layihələrə nə qədər çox sərmayə qoysa, erməni tərəfi də bir o qədər tez başa düşəcək ki, dostlaşmaq lazımdır. Rusiya bütün fəaliyyəti ilə göstərir ki, Azərbaycan etibarlı iqtisadi tərəfdaşdır və bundan sonra İrəvan üçün qaçmağa yer qalmır”.

Qeyd edək ki, Soçi görüşündə Moskva rəsmi Bakıya Azərbaycanda güclü atom elektrik stansiyası tikməyi təklif edib.

Tarix
2019.10.08 / 09:00
Müəllif
Əli, Orxan
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla