Milli Məclisin üzvü Zahid Oruc dünyada baş verən
hadisələrlə bağlı öz Feysbuk səhifəsində maraqlı fikirlər
paylaşıb.
Axar.az xəbər verir ki, deputat bu fikirlərini "Qaçan sətirlər"
adı ilə təqdim edib:
- Sayın Ərdoğan prezident sarayında ölkə başçılarını 16 türk
dövlətinin əskəri ilə qarşılayandan sonra dünyaya bəyan edəcək ki,
Sultanlıq qurulub və onun ordusu hamını qoruya bilər!
- Əhməd Davudoğlunun Hrant Dink ailəsinə müraciəti bir erməni
başının sağlığına 75 milyonluq türkün başı ilə cavab
verməsidir?!
- Con Kerri keçmişdə Sovet rəhbərinə Qarabağı ermənilərə verməyi
xahiş edib. İndi İttifaqı dağılmış Qorbaçov ABŞ dövlət katibinə
müraciət edib ki, bunu niyə etmək olmaz?!
- Ermənistanın ürəyi Rusiyanın, beyni Amerikanın, bədəni isə
Türkiyənin yanındadır!
- Rus əskəri Permyakovun mühakiməsi 200 illik erməni siyasətinin
Gümrüdə qurulan məhkəməsidir!
- Rusiyadan Türkiyəyə təkcə qaz deyil, həm də rus qadınlarının
kütləvi ixracı sübut edir ki, 21-ci əsr əsil "türk axını" ili
olacaq!
- Gürcülər Donbasda ruslara qarşı vuruşub Abxaziyanı və Osetiyanı
azad edəcək Ukrayna əskərlərinə nümunə göstərirlər!
- Qanlı gülüşlü "Şarli"nin karikaturaları söz azadlığının
simvoludursa, terror qurbanlarını kanonlaşdıranların ölənlərdən
Allah düzəltməsi ən böyük karikaturadır!
- Qələm silaha çevriləndə öz müqəddəsliyini itirir!
- İki müsəlmanın əməlini yox, dinini günahlandıran Avropa 17 nəfəri
xilas edən islam etiqadlısının qəhrəmanlağını hansı peyğəmbərin
ayağına yazmaq haqqında fikirləşir!
- Berlin divarları sökülsə də, dünyadakı dini-irqi-milli-sosial
ayrıseçkiliklərdən hörülən Çin səddi hər gün daha da
möhkəmlənir!
- Yunanların pulu bitibsə, qədim Allahların bu filosoflar yurduna
qəzəbi tutubdur, demək!
- Qələmi tabuta çevirib çiyinlərinə qaldıran fransalı etirazçılar -
ölüm fərmanlarını imzalayan qələmləri ayaqlarınız altına atacağınız
günü gözləyirik!
- Xalq 20 yanvarda ölüb 21-də dirilirsə, deməli, bir millətin
dünyaya gəlişi və gedişi eyni günə düşür!
- Sovetlər Birliyinin 90 yaşlı müdafiə naziri Dmitri Yazov
məhkəmədən qorxur. İndi siz deyin, şəhidlər uzunömürlüdür, yoxsa
hər gün ölüb-dirilən Yazov!
- Torpaq uğrunda ölənlərdən daha çox şəhid verdiyimiz qərənfil
gülləridir və ölkə onları əbədi olaraq Xiyabanda əkib-dərib dəfn
edir!
- Hamımızın içində bir İŞİD var!
- Var-dövlət naminə aparılan savaş, torpaq uğrunda mübarizədən daha
amansız olub həmişə!