Yuxarı

Moskvanın Bakıya təklifi: müsbət cavab verə bilərik, amma...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvanın Bakıya təklifi: müsbət cavab verə bilərik, amma...

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin sorğusuna cavab olaraq, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin “Rosatom” Dövlət Korporasiyası tərəfindən Azərbaycanda Atom Elektrik Stansiyası (AES) tikilməsinə dair təklifinə münasibətini açıqlayıb.

Axar.az xəbər verir ki, Qüdrət Həsənquliyev Vladimir Putinin öz ölkəsinin marağından çıxış etdiyini xatırladıb.

Onun sözlərinə görə, Rusiyaya pul və yüksək ixtisaslı mütəxəssislərin xaricə qaçmaması üçün onların iş yerlərini qoruyub saxlamaq lazımdır:

“Təklifi əsaslandıran amillərdən biri AES tikintisi üçün bizim yetərincə vəsaitimizin olmasıdır. Digər tərəfdən, Azərbaycanda AES inşa ediləcəyi təqdirdə stansiyanın istismarına və nüvə tullantılarının basdırılmasına görə bizim Rusiyadan asılılığımız artacaq. Amma hesab edirəm ki, biz bu təklifə kiçik bir şərtlə müsbət cavab verə bilərik. Yalnız müharibə bitəndən və Qarabağ üzərində Azərbaycan öz suverenliyini bərpa edəndən sonra ölkəmizdə AES tikintisi mümkün ola bilər. Rusiya üçün Qarabağ probleminin həlli su içmək qədər sadədir. Əgər Rusiya razılaşarsa, o zaman iki reaktorun Naxçıvanda, ikisinin isə Qarabağda tikintisini sifariş edə bilərik. Ehtiyac olarsa, gələcəkdə onların sayını artırmaq da olar. Naxçıvandakı AES-dən Türkiyə, İran və Ermənistana elektrik enerjisi ixrac edərik. Ermənistandakı AES köhnəlib və istismarı təcili dayandırılmalıdır. Qarabağ azad olunandan sonra isə ora böyük investisiya qoymalıyıq, ona görə də enerjiyə tələbat dəfələrlə artacaq. Hər bir halda bununla bağlı referendum keçirilməlidir”.

BAXCP sədrinin qənaətinə görə, Qərbi Avropanın AES-lərdən imtina etdiyi bir vaxtda xalqımız yalnız Qarabağ naminə bu təklifi dəstəkləyə bilər.

Tarix
2019.10.10 / 09:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda cəmi 3 qadının bacardığı riskli peşə...

Bakının həbs etdiyi silah baronu “mələyə” çevrilir?

Türkiyə yeni hərbi sistemə keçir: 3 dənizdə güc...

Türk ölkəsində Azərbaycanla bağlı yenilik

Alman qonağı Bakıda heyrətləndirən bina - Foto

Azərbaycanla Keniya arasında memorandum imzalandı

Ən yüksək əmək haqqı bu sahədədir - Deputat

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla