Yuxarı

Ermənistan belə quruldu və… - Rus ekspertdən şok etiraf

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan belə quruldu və… -

Tarixi təhlil aparmadan Ermənistan-Azərbaycan münaqişəsinə düzgün qiymət vermək mümkün deyil.

Axar.az xəbər verir ki, bu sözləri Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” ictimai təşkilatının Ekspertlər Şurasının üzvü Aleksandr Perenciyev deyib. Onun sözlərinə görə, tarixi həqiqət ondan ibarətdir ki, hazırda Ermənistanın yerləşdiyi torpaqlar əvvəllər İrəvan xanlığına aid olub.

“Bu xanlığın ərazisinə erməni miqrantlar köçüb. Rusiya imperiyası öz xristianlarını dəstəkləmək üçün onları yaşayış yeri ilə təmin edib. Gələcəkdə bütün bunlar Ermənistan SSR-ə çevrildi. Burada yaşayırdılar, daha sonra möhkəmləndilər”, - ekspert bildirib.

Aleksandr Perenciyev bildirib ki, o vaxtdan ermənilərin beynində belə bir postulat qalıb ki, türklərin əlindən torpaqlarını almaq olar:

“Onlar düşünüblər ki, bu prosesi niyə davam etdirməyək? Yumşaq desək, Azərbaycanın qeyri-sabit mövqe tutduğu bir dövrdə Ermənistan bundan istifadə etdi. Əvvəlcə kütləvi şəkildə Dağlıq Qarabağı bürüdülər, bundan sonra millətçilərin köməyi ilə bu torpaqları tutaraq, Ermənistan-Azərbaycan konfliktini başlatdılar. Qarabağda qırğın törətdilər. Ermənilər Dağlıq Qarabağ ərazisindən başqa, ətraf rayonları da tutdular. Bütün bunları işğal adlandırmaqdan çəkinmirəm”.

Tarix
2019.10.15 / 08:00
Müəllif
Əli, Orxan
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla