Yuxarı

Prezident: Bu mübarizə bizi qane edə bilməz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident: Bu mübarizə bizi qane edə bilməz

Bütün bunlar əlbəttə ki, gördüyümüz işlərə verilən yüksək qiymətdir. Ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Prezident yanında keçirilən iqtisadi müşavirədəki çıxışında deyib.

"Bu yaxınlarda aparılan sorğuya əsasən demək olar ki, əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir. Əlbəttə ki, bu dəstək bizə güc verir, iradəmizi artırır və biz islahatlara daha da böyük həvəslə, daha da böyük imkanlarla meyil göstəririk, bu islahatları aparırıq. Ancaq buna baxmayaraq, əlbəttə, bir daha demək istəyirəm ki, istifadə olunmayan kifayət qədər ehtiyatlar var və biz bu ehtiyatları aşkar etməliyik. Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq", - İ.Əliyev qeyd edib.

Tarix
2019.10.17 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla