Yuxarı

Dedim ki, niyə də cəhd etməyək? - İlham Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dedim ki, niyə də cəhd etməyək? - İlham Əliyev

Biz Baş katib Quterreşin multikulturalizm təşəbbüsümüzə göstərdiyi dəstəyi üçün minnətdarıq. “Bakı Prosesi” mədəniyyətlərarası dialoq məsələləri üçün bir qlobal platformaya çevrildi.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini xanım Rozmari DiKarlo ilə görüşdə söyləyib.

"Biz BMT-nin bu təşəbbüsə dəstəyini yüksək qiymətləndiririk. Bu prosesə başlayanda onun uğurlu olacağı ilə bağlı böyük ümidlərin olmadığını xatırlayıram. Bu, 2008-ci ilin sonuna təsadüf edirdi. Dedim ki, niyə də cəhd etməyək? Çünki Azərbaycan həm Avropa Şurasına, həm də İslam Əməkdaşlıq Təşkilatına üzv olan çox az ölkələrdən biridir. Bu imkanımızdan niyə də istifadə etməyək? Nəzərə alsaq ki, yalnız müstəqillik illərində yox, bütün siyasi və ictimai təzahürlərin tərkibində, hətta başqa ölkələrin tərkibində olduğumuz zaman da multikulturalizm ruhu həmişə bizdə mövcud idi. Bakı müxtəlif dinlərin, etnik qrupların nümayəndələrinin sülh içində yaşadığı şəhər, Azərbaycan isə ölkə olub və bu, işə yaradı. İndi BMT-nin güclü dəstəyini görürük. Şəffaflıqla bağlı səylərimizin yüksək qiymətləndirilməsi üçün də sizə minnətdaram. Bir neçə il əvvəl Neft Fondu adlanan suveren fondumuz BMT-dən mükafat aldı. Hazırda başqa ölkələrdə də fəaliyyətini genişləndirən dövlət xidmətləri sistemi olan “ASAN”ın da fəaliyyəti BMT tərəfindən xüsusi olaraq qiymətləndirilmişdir. Biz buna böyük dəyər veririk. Həyata keçirdiyimiz bütün işlər də ölkənin gücləndirilməsi, insanlar üçün daha yaxşı şəraitin yaradılması və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə istiqamətlənib. Bunlara nəqliyyat və energetika layihələri də daxildir. Onlar bizi birləşdirdi, ölkələr arasında qarşılıqlı bağlılıq yaratdı. Bu, gücdür, sabitlikdir", - İ.Əliyev vurğulayıb.

Tarix
2019.10.27 / 01:10
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla