Yuxarı

Ərəstun Oruclu: “ABŞ səfirlərinin hamısı...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərəstun Oruclu: “ABŞ səfirlərinin hamısı...”

Bu vaxta qədər ABŞ səfirlərinin hamısı enerji ilə bağlı adamlar olub.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu yeni ABŞ səfiri və bölgədə energi layihələri ilə bağlı danışarkən deyib.

O, bölgə enerji layihələrinin gerçəkləşməsində təkcə Azərbaycanla ABŞ münasibətlərinin həlledici olmadığını bildirib:

"İndiyə qədər ABŞ səfirlərinin hamısının enerji ilə bağlı adamlar olmasında qeyri-adi bir şey yoxdur. ABŞ Azərbaycanla münasibətlərdə hər zaman enerji əməkdaşlığını prioritet məsələ kimi götürüb. TAP və TANAP, Transxəzər layihələrinə gəlincə isə burada təkcə ABŞ-ın istəyi və ya ABŞ-Azərbaycan münasibətləri keçərli deyil. Burada maraqlar çox müxtəlifdir. Türkiyənin mövqeyindən çox şey asılıdır. Həmçinin, Gürcüstanla problemlər olmamalıdır. Üstəlik, Rusiyanın da mövqeyi burada aydın deyil. Ümumiyyətlə, Rusiya-Qərb münasibətləri bunun üçün aydınlaşmalıdır. Bilirsiniz ki, son günlər İran tərəfindən də müəyyən istəklər irəli sürülməyə başlayıb. Azərbaycan-Türkiyə-Türkmənistan münasibətləri də burada önəmlidir. Bütün bunlar həmin layihələrin reallaşmasına təsir edən mühüm amillərdir. Ona görə də təkcə Azərbaycan-ABŞ münasibətləri bu işlərdə həlledici rol oynamır".

Tarix
2015.02.04 / 08:48
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla