Yuxarı

Maral Tahirqızının evində əxlaqsızlıq yuvası - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maral Tahirqızının evində əxlaqsızlıq yuvası - Rəsmi

Müğənni Maral Tahirqızı barəsində başlanmış cinayət işinin maddəsi məlum olub.

Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, o, Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə təqsirli bilinir. Cinayət işinin istintaqı yekunlaşmaq üzrədir.

M.Tahirqızı açıqlamasında ona qarşı Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə ittiham irəli sürülməsini təsdiqləyib: "Hələ ötən ilin may ayında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi mənim Xətai rayonunda yerləşən mənzilimdə əməliyyat keçirdi. Polis əməkdaşları evimdə axtarış apardı, lakin mənzilimdə heç kimi tapmadılar. Axtarışlardan sonra isə məni polisə aparıb gecə saat 1-dək orada saxladılar. Həmin hadisədən sonra məni tez-tez Xətai polisinə çağıraraq ifadəmi alırdılar. Ötən ilin sonlarında müstəntiq mənə dedi ki, barəmdə Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə cinayət işi başlanıb. Təbii ki, mən bu ittihamları qəbul etmədim, indi də etmirəm".

M.Tahirqızı həmçinin bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə şikayət ünvanladığını da qeyd edib.

Qeyd edək ki, M.Tahirqızının Cinayət Məcəlləsinin 244.1-ci maddəsi üzrə təqsiri sübuta yetirilsə, ona iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilə bilər.

Tarix
2015.02.04 / 15:44
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla