Yuxarı

"Bütün tarixi torpaqlarımıza qayıdacağıq"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasının yaradılmasının 15 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

MTN-in İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, Milli Təhlükəsizlik naziri Eldar Mahmudov başda olmaqla Nazirliyin rəhbər işçiləri və Akademiyanın şəxsi heyəti Fəxri Xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi Ulu öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.

Milli təhlükəsizlik naziri E.Mahmudov Akademiyanın müəllim-professor heyətini, dinləyiciləri və kursantları ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və onun adını şərəflə daşıyan bu ali təhsil ocağının yaradılmasının 15 illlik yubileyi münasibətilə təbrik edib, bütün şəxsi heyətə Azərbaycan naminə məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda "Şöhrət" Muzeyində mükafatlandırma mərasimi keçirilib, xidmətdə fərqlənən əməkdaşlara medallar, fəxri fərmanlar və təhsildə nailyyətlər əldə etmiş kursantlara qiymətli hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Yubiley mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində davam etdirilib. E.Mahmudov çıxışında müstəqil Azərbaycanın təhlükəsizliyini təmin edəcək peşəkar zabitlərin hazırlanmasında xüsusi əhəmiyyətə malik olan ali təhsil müəssisəsinin yaradılmasının zamanın tələbi olduğunu bildirib.

Nazir E.Mahmudov görülən müsbət işləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa diqqəti və gündə­lik qayğısı sayəsində mümkün olduğunu qeyd edib:

Son illər Milli Təhlü­kə­siz­lik Nazirliyində bütün istiqamətlər üzrə fəaliyyətin uğurlu olduğunu vurğulayan nazir E.Mahmudov kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliy­yət­lə­ri­nə, narkotik vasi­tə­lərin qanunsuz dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya, insan alverinə və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə yüksək nəticələr əldə edildiyini bildirib:

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öl­kə rəh­bər­liyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması həmişəki kimi bütün fəaliyyət istiqamətlərimiz üzrə prioritet təşkil edir. Biz gələcəkdə təcavüzkar Ermə­nistana qarşı fəaliyyətin daha yüksək səviyyədə təşkili və gücləndirilməsinə nail olmalıyıq.

Andiçmə mərasimində Azərbaycan Res­publika­sının Pre­zi­denti cənab İlham Əliyevin səsləndirdiyi bir fikir isə nəinki dövlət orqanları, bütün xalq üçün bu istiqamətdəki fəaliyyətə yeni yanaşmanı göstərir: "Srateji hədəf kimi azərbaycanlılar bütün tarixi torpaqlarına qayıtmalıdırlar. Mən əminəm ki, biz buna nail olacağıq. Əlbəttə ki, bu strateji hədəf vaxt aparacaqdır. Ancaq bizim cəmiyyətimiz, gənc nəsil, bütün vətənpərvər insanlar bu amalla yaşamalıdırlar ki, biz tarixi ədaləti bərpa edəcəyik". Bizim düşmənə qarşı infor­ma­si­ya mü­ba­rizəsinin hərtərəfli düşünülmüş, planlı, mü­va­fiq dövlət orqan­­ları ilə əla­qəli şəkildə aparılması istiqamətindəki fəaliyyətimiz də bu böyük məqsədə çatmağa xidmət etməlidir", - deyə nazir qeyd edib ("Publika.az").

Tarix
2013.12.16 / 16:45
Müəllif
Axar.az
Digər xəbərlər

Anqola lideri İlham Əliyevə zəng etdi

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar

Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla