Yuxarı

Mehriban Əliyeva Əlibaba Məmmədovla görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Əliyeva Əlibaba Məmmədovla görüşdü

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva fevralın 10-da xalq artisti Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə xanəndə ilə görüşüb.

AzərTAc xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bildirdi ki, alboma xalq musiqisinin incəliklərini, klassik Azərbaycan poeziyasının nümunələrini gözəl bilən və öz orijinal ifa üslubu ilə Azərbaycan milli musiqi xəzinəsini zənginləşdirən Əlibaba Məmmədovun həyat və fəaliyyətindən bəhs edən kitab, onun müəllifi olduğu mahnı və təsniflərin not yazılarının yer aldığı iki nəşr və xanəndənin ifasında xalq mahnıları, təsniflər və muğamlardan ibarət 4 CD daxildir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Əlibaba Məmmədovun milli xanəndəlik məktəbinin ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsində əvəzsiz xidmətlərinin olduğunu vurğulayıb.

Xalq artisti Əlibaba Məmmədov ona göstərilən diqqət və qayğıya görə birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. Xanəndə qeyd etdi ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülür.

Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, xalq artisti, muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə xanəndənin həyat və yaradıcılığına həsr olunan yeni musiqi albomu nəşr edilib. Topluda ustad xanəndənin uşaqlıq və gənclik illəri, zəngin və unudulmaz hadisələrlə yadda qalan yaradıcılıq yolundan söhbət açılır.

Tarix
2015.02.10 / 18:27
Müəllif
Axar.az
Digər xəbərlər

"Səhər" Bakını ittiham etdi: Uşaq qatillərinə xidmət edir...

İşləyənlərin hesabına işsizlərin müalicəsi dövrü bitir?

Bakı Yaxın Şərqin yeni əsas oyunçusudur - "Avrasiyanet"

Xəzər dənizi ilə bağlı qorxunc proqnoz

Sahibə Qafarova Simonyanla görüşündən danışdı

Rusiyadan Zəngəzur açıqlaması

Əliyev bizi asılılıqdan qurtardı - Qalçyan

Milli Məclisin növbəti plenar iclası başladı

Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni Zəngəzur planı

Bu ölkə Azərbaycana səfir təyin etdi - İqamətgah Ankaradadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla