Yuxarı

Ləğv edilməsi gözlənilən dövlət qurumları - Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Etibar Pirverdiyevin səlahiyyətləri azaldılıb".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.

O, "Azərenerji"nin bundan sonra rayonlara elektrik enerjisi sata bilməyəcəyini deyib:

"Azərenerji" tam ləğv olunmayıb. Sadəcə, onun əksər səlahiyyətləri əlindən alınıb. Elektrik enerjisinin əsas istehsalçısı kimi "Azərenerji" qalır. "Azərişıq" isə "Azərenerji"dən elektrik enerjisini satın alacaq. Bütün istilik və su elektrik stansiyaları və digər enerji istehsal edən müəssisələr "Azərenerji"nin tərkibində qalır. Amma daha Bakı və Sumqayıtla yanaşı, regionlarda da enerjinin əhaliyə satışını yalnız "Azərişıq" həyata keçirəcək".

Politoloq həmçinin ölkədə Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətlərinin artırıla biləcəyini vurğulayıb:

"Zənnimcə, Nəqliyyat Nazirliyində islahatlar hələ davam edəcək. "Azəryolservis"in taleyinin necə olacağı bəlli deyil, amma o daha çox Nəqliyyat Nazirliyinin bir şöbəsinə çevrilə bilər. Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətləri genişləndiriləcək. Çünki bu il ölkədə kənd təsərrüfatı ili hesab olunur. Bir sıra məhdud məsuliyyətli və qapalı səhmdar cəmiyyətlər Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilə bilər. Məsələn, bunlar sırasında Melorasiya və Su Təsərrüfatı ASC-nin, Baytarlıq İdarəsinin adları yer alır. Bunlar tam şəkildə KTN-ə birləşdirilə bilər. Bir-birini təkrarlayan idarələr çoxdur. Bunlar sırasında "Azərsutikinti", "Azərsənayetikinti", "Azərkəndsutikinti" idarələrinin adları var. Onların yalnız formal olaraq adı qalıb. "Azərsutikinti", "Azərkəndsutikinti" idarələri Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə keçəcək. "Azərsutikinti" "Azərsu"ya da verilə bilər".

Qeyd edək ki, dünən Prezident İlham Əliyev "Bakıelektrikşəbəkə"ni ləğv edərək, yerində "Azərişıq" ASC-nin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, "Azərenerji"nin səlahiyyətlərinin əksər hissəsi yeni yaradılmış müəssisəyə verilib. Bundan sonra saytımıza açıqlama verən millət vəkili Zahid Oruc isə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin də ləğv edilməsinin doğru addım olacağını bildirmişdi.

Prezident fevralın 3-də Bakı şəhəri Vergilər Departamenti, fevralın 5-də isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edib. Prezidentin başqa bir sərəncamına əsasən isə Cavid Qurbanov "Azəryolservis" ASC-nin rəhbəri vəzifəsindən azad edilərək "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov isə nəqliyyat nazirinə müavin gətirilib.

Tarix
2015.02.11 / 13:47
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakı və Moskva gərginliyi bitməlidir: məsələni bağlayaq!

İran və Pakistan XİN başçıları Xankəndidə görüşdü

Hindistan torpaqlarımızı işğal altında saxlayır, lakin…

Səfərovların qətli ifşa olundu – Solovyov əsəbiləşdi

Xankəndidə Zirvə görüşü: Prezident çıxış etdi - Canlı

Pezeşkian Xankəndidə İsrailin hücumundan danışdı

Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır...

Ermənistandan deport olunmuş azərbaycanlıların hüquqları...

Dəfələrlə dedik, ciddi qəbul etmədilər, indi isə peşmandılar

Çin elan etdi: Rusiya müharibədə məğlub olsa...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla