Yuxarı

Klanların savaşı: “Prezidentin oyunu bəhrə verdi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Klanların savaşı: “Prezidentin oyunu bəhrə verdi”

"Dərbəndin meri İmam Yaraliyevə qarşı cinayət işinin qaldırılması bir daha Ramazan Abdulatipovun bələdiyyə sistemləri üzərində öz təsir imkanını gücləndirməsi ilə bağlı fikirləri təsdiq edir".

Axar.az xəbər verir ki, bu açıqlama ilə dağıstanlı analitik Maqomed Bisavaliyev çıxış edib.

O, Abdulatipovun kifayət qədər güclü olan bələdiyyə rəhbərlərinin ortadan qaldırılması siyasəti yürütdüyünü bildirib:

"Abdulatipov hakimiyyətə gəldiyi ilk anlardan etibarən dediyi "Mahaçqala ilə bələdiyyələr arasındakı əvvəlki oyun qaydalarına nəzər yetirmək lazımdır" sözlərinə diqqət etmək gərəkdir. Həmin vədədən etibarən ölkədə əsas bələdiyyə rəhbərlərinin yarısı öz vəzifəsi ilə vidalaşıb. Yaraliyevə qarşı işin qaldırılması Dərbəndin Mahaçqalaya qarşı apardığı fəaliyyətin nəticəsi idi. Mahaçqaladan göndərilən şəxsin əvəzinə öz adamını şəhər administrasiyasının rəhbəri təyin etməsi Mahaçqalanın ona qarşı təzyiqi üçün səbəb oldu. Daha sonra qaldırılan cinayət işi Yaraliyevin güzəştə getməsi ilə nəticələndi. Yaraliyev cənubi Dağıstanda ən nüfuzlu siyasətçilərdən biridir. O, ölkədə ən böyük etnoslardan olan ləzgilərin lideridir. Yaraliyev həmçinin ölkə xaricindəki məşhur dağıstanlılarla da geniş əlaqələrə malikdir. Ona qarşı cinayət işi dağıstanlılar üçün o qədər də qeyri-adi bir şey deyil. Son iki ildə ondan daha böyük siyasi fiqurlar vəzifədən çıxarılıb. Ölkə rəhbəri daima bələdiyyələrə təzyiq üçün bütün vasitələrdən istifadə edir. Görünür, bu, növbəti dəfə işə yaradı".

Qeyd edək ki, bir müddət öncə Dərbənd meri İmam Yaraliyevə qarşı torpaqların qanunsuz satılması ilə bağlı cinayət işi qaldırılmışdı. Onun dövlət büdcəsinə 36 milyon rubl ziyan vurduğu bildirilmişdi.

Tarix
2015.02.16 / 23:20
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

İranda yaşam mücadiləsi: Molla rejimi pulları hara xərcləyir? - Video

Azərbaycan və Ermənistan parlament nümayəndələri görüşdü

Ağdamın ağ günləri geri qayıdır

Ermənistan nümayəndə heyəti Azərbaycana nə vaxt gəlir?

İlham Əliyev Latviya prezidentini təbrik etdi

Rusiya ilə gərginlik Bakını ABŞ-la yaxınlaşdırdı - Herbst

Prezident Omanın Sultanını təbrik etdi

Azərbaycan bu platformaya qoşulacaq - Herbst

Bakıda mühüm forum keçirilir

Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla