Yuxarı

Sürücülərin diqqətinə: Onlar 150 manat cərimə olunacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülərin diqqətinə: Onlar 150 manat cərimə olunacaq

Gecələr, xüsusilə pis işıqlandırılmış və ya tam qaranlıq ərazilərdə avtomobilin orijinal faraları bəzən kifayət etmir. Ətrafımızdan parlaq ağ işıq saçan faralarla avtomobil keçəndə eynisini öz avtomobilimiz üçün də istəyə bilərik. Amma tələsməyək, çünki qanunla qadağandır.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, LED lampalar deyilən bu işıqlandırma öz yolunu işıqlandırsa da, yolun ümumi görünüşü əslində pisləşdirir və qarşıdan gələn sürücüyə də çətinlik yaradır.

Bunun səbəbi ondadır ki, halogen fənərin reflektoru məhz standart lampa üçün nəzərdə tutulub və işığı yolun lazımi hissəsinə yönəldir. LED-lər işığı fərqli şəkildə yayır, buna görə də mövcud optik sistem işıq selini düzgün paylamaya bilər. İşığın bir hissəsi yola düşmür və ya qarşıdan gələn sürücülərin gözünü qamaşdırır.

Zavod istehsalı olan LED işıqlandırma sistemləri bu xüsusiyyətlər nəzərə alınmaqla hazırlanır; bütün fənər bloku məhz LED-lər üçün yaradılır və bütün komponentlər bir-biri ilə uyğunlaşdırılır. Lakin sonradan dəyişdirilmə eyni nəticəni təmin etmir.

LED işıqlı maşınlar tez-tez yol polisi əməkdaşlarının diqqətini cəlb edir; digər yol istifadəçilərinə bu cür maneə yaratmaq avtomobilin istismarının qadağan edilməsi üçün əsas verir.

Qanuna görə, avtomobil üzərində istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan hər hansı bir dəyişiklik gələcəkdə ağır nəticəli yol-nəqliyyat hadisəsinin baş veməsinə real zəmin yaratmış olur. "Yol hərəkəti haqqında" Qanunun 1 saylı əlvəsinin III-cü bəndinin tələblərinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasına uyğun olmadıqda onun istismarı məqsədəmüvafiq deyil.

İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi normativ tələbləri pozmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə 150 manat cərimə nəzərdə tutur.

Tarix
2026.10.14 / 20:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Qətər əmiri də Bakıya gəldi

İlham Əliyev Çinin XİN rəhbəri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla