Yuxarı

Rusiyanın Sadval mesajı: Proseslər Bakıya görədir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın Sadval mesajı: Proseslər Bakıya görədir

"Dərbənddəki bütün bu proseslərin arxasında Dağıstan Prezidenti Ramazan Abdulatipovun dayanması təsadüfi deyil".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu söyləyib.

O, Dağıstanda etnik münaqişə yaranacağı təqdirdə onun Azərbaycana keçmə təhlükəsinin olduğunu bildirib:

"Dağıstanda bu tip qarşıdurmalar daim Azərbaycanın xarici siyasət kursunda müəyyən dəyişmələr baş verdikdə özünü göstərir. Bir ara Bakı tərəfindən Vaşinqtonun və Qərbin ünvanına çox sərt tənqidlər səsləndirilirdi. Bu ərəfədə heç nə baş vermirdi. İndi diqqət yetirsəniz görərsiniz ki, Azərbaycan Almaniya rəhbərlərinin görüşü, Davos tədbiri, Münhen konfransı, "Cənub qaz dəhlizi" qaz müqaviləsi iştirakçılarının Bakıda görüşü, Azərbaycan parlamentində Konqresə cavab olaraq ABŞ-Azərbaycan münasibətlərinə dair dinləmələrdən sonra növbəti dəfə Dərbənddə gərginlik yarandı. Bakıda keçirilən dinləmələrin tonu kifayət qədər yumşaq idi. Budəfəki dinləmələrdə hakimiyyəti və iqtidar partiyasını təmsil edənlərin səsləndirdikləri fikirlər tamamilə fərqliydi. Bunları həmin proseslərlə əlaqələndirmək lazımdır. Dərbənddəki bütün bu proseslərin arxasında Dağıstan Prezidenti Ramazan Abdulatipovun dayanması təsadüfi deyil. Artıq mübarizənin milli-etnik bazada klanlararası müstəviyə keçməsi bunu sübut edir. Ənənəvi olaraq həmişə Dərbənddə əsas söz sahibi azərbaycanlılar olub. Bu da təbiidir. Çünki Dərbənd azərbaycanlıların şəhəridir. Məhz Abdulatipov gəldikdən sonra bu balansı pozmağa çalışdılar. Bu işdə müəyyən uğur da əldə ediblər. Şübhəsiz ki, Dərbənddəki proseslərdə qruplararası maraq da var. Çünki bir şəhərə nəzarət böyük bir kapitala nəzarət etmək deməkdir. Amma eyni zamanda bu işə "Sadval"ın qoşulması, onun dezinformasiyalar yayması və ya qabaqlayıcı xəbərlər verməsi artıq bu məsələdəki siyasi çalardan xəbər verir. Hamı yaxşı bilir ki, "Sadval" Rusiya xüsusi xidmət orqanlarının yaratdığı və idarə elədiyi separatçı qurumdur. Əslində, Dərbənddəki mübarizənin klanlararası mübarizədən etnik-klanlarası müstəviyə keçirilməsi həm də Azərbaycana mesajdır. Prinsip etibarilə orada hansısa etnik münaqişə yaranarsa, onun Azərbaycana keçmə təhlükəsi var. Bir daha bunların hamısını nəzərə alaraq, bildirmək istəyirəm ki, burada Rusiya hakimiyyətinin iştirakı var. Bu, artıq çox açıq görünür".

Tarix
2015.02.17 / 09:19
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?

Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım etdi

Bakı Moskvanın kompensasiya ödəyəcəyinə ümid edir - Səfir

Ermənistan XİN-dən “Tramp Marşrutu” ilə bağlı açıqlama

İlham Əliyevin İrana səfəri planlaşdırılır

Prezidentdən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı paylaşım

Təyyarə qəzası: Türkiyəyə Ankarada “xəbərdarlıq” edildi? - Ağar

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb

Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...

Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla