Yuxarı

Türkiyədəki zəlzələlərin səbəbi – Bakıdan baxış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərmərə dənizi, Qara dəniz sahilləri, şimaldan uzanan Pontus dağları, cənubdan Zaqros dağları Afrika və Avrasiya platalarının sərhəd bölgələri olduğu üçün Türkiyə seysmoloji cəhətdən aktiv zona hesab edilir. Bu səbəbdən Türkiyədə güclü zəlzələlər baş verir.

Bu sözləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Türkiyənin Elazığ şəhərində baş verən güclü zəlzələləri Axar.az-a şərh edərkən deyib.

Mütəxəssis bildirib ki, bəzən eyni yerdə müəyyən vaxt keçməsinə baxmayaraq, yenidən zəlzələlər baş verə bilər:

“Buna ən yaxşı nümunə 1999-cu ildə Kocaelində baş verən zəlzələdir ki, keçən il eyni yerdə yenidən zəlzələ baş verib.

Türkiyənin şərqində baş verən zəlzələlər də oxşar hadisələrdir”.

Qurban Yetirmişli Azərbaycanın seysmoloji vəziyyətindən də danışıb:

“Azərbaycanda da zəlzələ vaxtaşırı olur. Məsələn, ötən ilin fevral ayının 5-də Şamaxı-Ağsu-İsmayıllı istiqamətində hiss edilən ölçüdə zəlzələ baş verdi. Əslində Azərbaycan da seymik cəhətdən fəal bir yer olaraq görülür. Cünki Böyük Qafqaz dağları cavan dağlardır. Bu baxımdan əslində ölkəmizdə zəlzələlər çox tez-tez baş verir. Hətta orta statistik göstəricilərə görə, gün ərzində Azərbaycanda 10-15 zəlzələ olur. Lakin bunlar çox kiçik ölçülüdür. Digər tərəfdən bizdə iri yaşayış məskənlərinin seysmaloji cəhətdən fəal bölgələrdən uzaqda olması bu zəlzələlərin hiss edilməməsinə səbəb olur. Lakin biz müntəzəm olaraq mətbuata ölkədə maqnitudası 3-dən yuxarı olan zəlzələlər haqda məlumat veririk”.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ vilayətində şiddətli zəlzələlər baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 20-ni, yaralıların sayı isə 1000-i keçib.

Tarix
2020.01.25 / 13:54
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla