Yuxarı

Poroşenkodan Münhendə Nikola şok: Müzakirə bitən kimi... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Poroşenkodan Münhendə Nikola şok: Müzakirə bitən kimi... - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransında baş tutan və 45 dəqiqə davam edən müzakirələrdə diqqətdən kənarda qalan məqamlardan biri debatı izləyənlər arasında Ukraynanın keçmiş prezideti Pyotr Poroşenkonun olmasıdır.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, zalın Azərbaycandan olan qonaqlar üçün ayrılan hissəsində əyləşən Ukraynanın sabiq Prezidenti 45 dəqiqə boyunca İlham Əliyev-Nikol Paşinyan müzakirəsini dinləyib.

Azərbaycana rəğbətini gizlətməyən eks-prezident müzakirə paneli bitən kimi İlham Əliyevə yaxınlaşaraq onu qucaqlayıb. Poroşenko yaxınlıqda duran Nikol Paşinyana tərəf baxmayaraq, onunla nümayişkəranə şəkildə görüşməyib. Bu jesti ilə Ukraynanın keçmiş lideri Ermənistanda ciddi qınaq obyektinə çevrilib. Ermənilər Azərbaycanın yaxınlığında olduğunu göstərən Poroşenkonun addımına qısqanclıqla yanaşıblar.

Pyotr Poroşenko 2014-cü il iyunun 7-dən 2019-cu il mayın 20-nə qədər Ukrayna prezidenti olub.

Hazırda o, Avropa Həmrəyliyi Partiyasının sədridir.

Tarix
2020.02.17 / 22:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla