Yuxarı

Ən çox hərbiləşmiş ölkələr: Azərbaycan neçəncidir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bonnda yerləşən Beynəlxalq Konversiya İnstitutu (BICC) 2019-cu ilin yekunları üzrə Qlobal Hərbiləşdirmə İndeksini (Global Militarization Index 2019) dərc edib.

Axar.az Report-a istinadən xəbər verir ki, Azərbaycan ötən illə (12-ci yer) müqayisədə 2 pillə irəliləyərək reytinqdə 10-cu sırada qərarlaşıb.

Son reytinqdə Ermənistan 3-cü, Rusiya 6-cı, İran 24-cü, Türkiyə 19-cu, Gürcüstan isə 49-cu pillədə yer alıb. BICC dünyanın ən çox hərbiləşdirilmiş dövləti kimi İsraili seçib. Sinqapur 2-ci sırada qərarlaşıb, Cənubi Koreya ilk 5-liyi tamamlayıb. Top-10-a həmçinin Küveyt, İordaniya, Kipr, Yunanıstan və Belarus daxil edilib.

İnstitutdan bildiriblər ki, Dağlıq Qarabağda həlli uzadılan münaqişəyə görə Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinə böyük vəsaitlər xərcləməyə davam edir.

Müəlliflər bu cür tədqiqatları 1990-cı ildən başlayaraq hər il aparırlar. Onlar hərbi sahəyə sərf olunan xərclər, həmin sahədə çalışan insanların ümumi əhaliyə nisbətdə sayı, eləcə də əhaliyə nisbətdə ölkədə ağır silahların miqdarı kimi bir sıra parametrlər üzrə dünyanın 150-yə yaxın ölkəsini qiymətləndirirlər.

Hesabat Stokholm Dünya Problemlərinin Tədqiqat İnstitutu (SDPTİ), Beynəlxalq Valyuta Fondu (BVF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BICC məlumatları əsasında tərtib olunur.

Tarix
2020.02.19 / 23:58
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla