18:41
Prezident İlham Əliyev Azərbaycan Respublikası
vətəndaşlarının 2015-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi
hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam
imzalayıb.
Axar.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki,
sərəncama əsasən, 1997-ci ildə doğulmuş və çağırış gününədək (həmin
gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1980-1996-cı
illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının
Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı
birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli
həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya
müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan
Respublikasının vətəndaşları 2015-ci il aprelin 1-dən 30-dək
müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası
Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini
keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2015-ci il
aprelin 1-dən 30-dək ehtiyata buraxılır.
19:15
Prezident İlham Əliyev Azərbaycan Respublikasında
gənclərlə iş və idman sahəsində çalışan əməkdaşların təltif
edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: "Azərbaycanda gənclərlə iş sahəsində
səmərəli fəaliyyətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında
xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
ilə
Babayev İntiqam Vaqif oğlu
Hacıyev Fuad Hacı oğlu
İsmayılov İsmayıl Sultan oğlu
Rəhimov Mirkamil Pirəli oğlu
"Tərəqqi" medalı
Əliyev Ərçə Fərrux oğlu
Quliyev Asif Yusif oğlu
"Dövlət qulluğunda fərqlənməyə görə" medalı
ilə
Abbasov Raqif Arif oğlu
Abdullayev Elnur Şahin oğlu
Bayramov Cəmil Baxış oğlu
Əhmədov Vüqar Fərman oğlu
Əliyev Rauf Faiq oğlu
Həsənov Mayıl Həsən oğlu
Hüseynov Şahmar Yaqub oğlu
Kərimov Kənan Elman oğlu
Qiyasov Elçin Mirkamal oğlu
Qurbanzadə Fərid Vidadi oğlu
Mehdiyev Elmir Qardaşxan oğlu
Məmmədov Aydın Ağa-Əli oğlu
Məmmədov Zair Məmmədağa oğlu
Nəcəfov Elçin Emil oğlu
Nəcəfov İlqar Məhəmməd oğlu
Nəsibov Müzəffər Həmid oğlu
Novruzov Nəcəf Əhməd oğlu
Paçalov Rasim Əyyub oğlu
Rəhimov Ramin Urşan oğlu
Tağıyeva Gülgəz Əbülfəz qızı
Ziyadov Azəri Böyükkişi oğlu".
***
Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafına
dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu
yaradılsın.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyində Dövlət Toxum Fondunun fəaliyyətinin təmin edilməsi,
habelə yüksək məhsuldar toxumların istehsalının və tədarükünün
həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyinə "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli
413 nömrəli Fərmanının 1.10.1.3-cü yarımbəndində "2008-2015-ci
illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı" xərcləri bölgüsündə 10,0
(on) milyon manat nəzərdə tutsun;
bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".