Yuxarı

124 Teleqram, İnstaqram və Tiktok hesabı bağlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il insan alverinin təbliğatı ilə məşğul olan 124 Teleqram, İnstaqram və Tiktok hesabı bağlanıb.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov Milli Məclisin bugünkü plenar iclasında 2024-cü ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim edərkən deyib.

Onun sözlərinə görə, informasiya texnologiyalarının tətbiqi ilə törədilmiş 44 müvafiq cinayət aşkarlanıb və cinayət işi başlanılıb:

"Eyni zamanda insan alverinin təbliğatı ilə bağlı məşğul olan 156, cari ilin ötən dövründə isə 124 Teleqram, İnstaqram və Tiktok hesabı bağlanıb".

Milli Koordinator həmçinin bildirib ki, ötən il insan alveri qurbanı olmuş 91 nəfərin hamısı Azərbaycan vətəndaşı olub:

"2024-cü ildə Kipr və Qvatemalada üç Azərbaycan vətəndaşı insan alverində təqsirləndirilərək həbs edilib. Eyni zamanda Azərbaycana readmissiya edilən şəxslərdən birinin Yunanıstanda insan alverinin qurbanı olduğu müəyyənləşib".

Tarix
2025.05.16 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla