Yuxarı

Qadını ölümə təhrik edən taksi sürücüsü həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllıda qadını intihara sövq edən şəxs həbs olunub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, ittihama görə, intihar hadisəsi 2023-cü il martın 6-da İsmayıllı rayonunun İsmayıllı kəndində baş verib.

Rayon ərazisindəki "Anais" gözəllik salonunda işləyən Dilarə Orucova səhər saatlarında özünü yaşadığı evin həyətində asıb. Onun meyitini oğlu aşkar edib.

Araşdırmalarla məlum olub ki, Dilarə Orucovanı ölümə təhrik edən şəxs var. Qadının telefon zənglərinin araşdırılması zamanı müəyyən edilib ki, həmin qadın İsmayıllıda Elxan adlı taksi sürücüsü ilə tanış olub və bir müddət onunla sevgi münasibətləri yaşayıb. Bir müddət sonra Elxanın qısqanclığına dözə bilməyən Dilarə ondan ayrılmaq qərarı verib. Lakin Elxan ondan ayrılmaq istəməyib və onu hədələməyə başlayıb. Dilarə ilə münasibətləri barədə qohumlarına məlumat verəcəyini deyən Elxan ondan şantaj yolu ilə qızıl və pul alıb. Bu üsulla Elxan qadını hər gün şantaj və təhdid edirmiş. Təhdidlərə dözməyən qadın iş yerindən çıxaraq taksi ilə evinə gəlib və özünü evinin həyətində asıb.

Faktla bağlı başlanmış cinayət işi ilə bağlı iki ilə yaxın araşdırma aparılıb və istintaq yekunlaşaraq iş məhkəməyə göndərilib.

Məhkəmə istintaqının sonunda intiharda Elxanın günahı sübuta yetirilib və hökm oxunub.

Məhkəmənin hökmü ilə Elxan 6 il 6 ay azadlıqdan məhrum edilib.

Tarix
2025.05.16 / 10:32
Müəllif
Axar.az
Digər xəbərlər

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

Bu türk ölkəsinin səfirliyinin yeni binası açılacaq

Bakıdan gözləmirdik: Nə baş verir? - Moskvadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla