Yuxarı

Bakının bu ərazisində bulvar salınacaq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bülbülə gölündə təmizlik və quruculuq işləri davam etdirilir.

Axar.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, uzun illər ətrafdakı qəsəbələrin tullantı və çirkab sularının axıdıldığı Bülbülə gölü tezliklə təmiz, abad, göz oxşayan istirahət məkanına çevriləcək. Bakı Abadlıq Xidməti ərazidə əsaslı və planlı təmir işlərinə başlayıb. Gölün ətrafındakı qamışlıq tamamilə qurudulub, tullantılar təmizlənib. Bu isə havadakı üfunəti məhv edərək natəmizliyin və həşəratların kökünü kəsib.

Gölə axıdılan çirkab suların qarşısını kəsmək üçün gölün ətrafında minlik magistral xətt çəkilib. Yaxın zamanda su həmin magistralla xüsusi su təmizləyici qurğuya töküləcək.

Bu, Suraxanı rayonunda ilk su təmizləyici qurğu olacaq. Fasiləsiz işləyən qurğu çirkli suyu təmizləyib gölə vuracaq. Yerdə qalan çirkab isə Hövsan anbarına yığılacaq, sonra da maşınlarla başqa yerə daşınacaq.

Növbəti mərhələdə sahil boyunca asfalt salınacaq. Nəzərdə tutulub ki, yeni bulvarda restoranlar, kafelər fəaliyyət göstərsin, dairəvi velosiped yolu da çəkilsin. Bulvarda uşaqlar üçün meydança, yaşıllıqlar, istirahət yerləri olacaq. Yaz-yay aylarında göldə katamaran da işləyəcək. Layihəyə görə, Bülbülə gölünün üzərindən körpü də salınacaq. Qısa zamanda Bülbülə bulvarı insanların əsl istirahət yerinə çevriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Tarix
2025.05.16 / 11:43
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

Bu türk ölkəsinin səfirliyinin yeni binası açılacaq

Bakıdan gözləmirdik: Nə baş verir? - Moskvadan baxış

Yekaterinburq məhkəməsindən Bakir Səfərovla bağlı qərar

Rusiya Azərbaycana qarşı bu qadağaya hazırlaşır

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...

Bakının Kremlə cavabı yeni başlayır: Hələ 355 “yuva” var

Mustafayev bir saat sonra Rusiya XİN-in binasını tərk etdi - Video

Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı

Slovakiya kəlbəcərlini Azərbaycana səfir göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla