Yuxarı

Zakir Həsənov Türkiyənin ordu generalı ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov Türkiyənin ordu generalı ilə görüşdü - Foto

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Akın Öztürkü qəbul edib.

Axar.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ordu generalı A.Öztürkün rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş vətəndaşlarımızın məzarlarını, o cümlədən Türk şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Sonra A.Öztürkün Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Protokola uyğun olaraq Hərbi Hava Qüvvələrinin komandanı Şərəf kitabına ürək sözlərini yazıb.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq, Azərbaycanla Türkiyə arasında əməkdaşlığın dostluq-qardaşlıq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib.

Müdafiə naziri iki ölkə arasında hərbi əməkdaşlıq planına əsasən keçən il Azərbaycan səmasında, hazırda isə Türkiyədə keçirilən Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin təcrübə toplanılması baxımından mühüm olduğunu qeyd edərək bu sahədə əlaqələrin daha da genişləndirilməsini xüsusi vurğulayıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları əsasında həllinə nail olunmasının vacibliyini bildirib.

Ordu generalı A.Öztürk də öz növbəsində dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq münasibətlərinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

Sonra Azərbaycan-Türkiyə hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqun da iştirak edib.

Tarix
2015.03.04 / 20:35
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan əhalini sərhədə köçürür: Bu ərazilər qaytarılacaq

İran 10 bəndlik sülh təklifini təqdim etdi - Nələr var?

Ukrayna rus ordusundan əsir götürdü, Azərbaycana verdi

Prezidentdən Tiflis səfəri ilə bağlı - Videoçarx

Başçı Ülviyyə Əliyevanı işdən çıxartdı

İlham Əliyevin Tiflis səfəri başa çatdı

Bakıda bu evlərin qiyməti kəskin düşəcək

Azərbaycanda dollar ucuzlaşdı

İlham Əliyev İvanaşvili ilə görüşdü

Mehriban Əliyevanın şərəfinə Tiflisdə lanç verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla